İrana zərbələr bu səbəbdən dayandırılıb
Tarix: 27-07-2026 | Saat: 08:50
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ Müdafiə Nazirliyi İrana qarşı hava zərbələrinin hazırkı mərhələdə effektivlik həddinə çatdığını hesab edir.
aia.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bombardmanların dayandırılmasını tövsiyə edib. Onun fikrincə, mövcud əməliyyatlar maksimal nəticə verib və davam etdirilməsi əlavə hərbi üstünlük qazandırmayacaq.
“Axios”un məlumatına görə, ABŞ-nin müəyyən etdiyi hədəflərin qalan təxminən 20 faizinə zərbələr endirmək üçün genişmiqyaslı əməliyyatların bərpası mümkündür. Mənbələr bildirirlər ki, İran və Omanın Hörmüz boğazının açılması ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə, bölgədə hərbi eskalasiya istisna olunmur.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts isə bildirib ki, Prezident Donald Tramp diplomatiyaya imkan yaratmaq məqsədilə İrana qarşı hücumların dayandırılması barədə qərar verib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-07-2026
26-07-2026