İran Vaşinqtonla danışıqlar barədə yayılan iddiaları təkzib etdi
Tarix: 03-08-2026 | Saat: 17:16
Bölmə:Özəl | çapa göndər

İran Xarici İşlər Nazirliyi ABŞ ilə aparıldığı iddia edilən danışıqlarla bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin sözçüsü İsmayıl Bəqainin sözlərinə görə, Tehran hazırda Vaşinqtonla heç bir birbaşa danışıqlar aparmır. O bildirib ki, bu istiqamətdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bəqai qeyd edib ki, İranın hazırkı diplomatik təmasları yalnız Omanla davam edir və bu məsləhətləşmələr Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Onun sözlərinə görə, məqsəd Omanla koordinasiya əsasında Hörmüz boğazından keçən gəmilər üçün müvəqqəti təhlükəsiz marşrutun müəyyənləşdirilməsidir.
"Səylərimiz Omanla məsləhətləşmələr yolu ilə mümkün qədər tez müvəqqəti marşrut formalaşdırmağa və bu əsasda Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyə yönəlib", – deyə İran XİN sözçüsü bildirib.
Qeyd edək ki, son günlər beynəlxalq mediada İran və ABŞ arasında yeni diplomatik təmasların başladığına dair müxtəlif iddialar yayılmışdı. İran Xarici İşlər Nazirliyinin son açıqlaması isə bu məlumatları rəsmən təkzib edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-08-2026