Rusiyanın milyardlıq silah ixracı planı sarsılır: Ənənəvi alıcılar yeni tərəfdaşlara üz tutur
Tarix: 05-08-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Rusiya Ukrayna müharibəsi fonunda hərbi-sənaye kompleksini genişləndirməyə və silah ixracını artırmağa çalışsa da, qlobal silah bazarında yaranan yeni tendensiyalar Kremlin planlarını çətinləşdirir.
Bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, Moskva hərbi istehsalı artırmaqla yanaşı, silah ixracından əldə etdiyi gəlirləri də yüksəltməyi qarşısına məqsəd qoysa da, son illər ənənəvi tərəfdaşlarının bir qismi alternativ tədarükçülərə üstünlük verməyə başlayıb.
Politoloq bildirib ki, Rusiya ötən il hərbi texnika ixracından təxminən 15 milyard dollar gəlir əldə edib. Kremlin planına əsasən, silah satışının coğrafiyası daha da genişləndirilməli, xüsusilə Afrika bazarında mövqelər gücləndirilməli, eyni zamanda MDB və KTMT məkanında hərbi-texniki əməkdaşlıq dərinləşdirilməlidir.
Bununla yanaşı, o qeyd edib ki, bir sıra ölkələr artıq Rusiyadan silah alışını azaldır və ya tamamilə dayandırır. Azərbaycan müdafiə sahəsində əsasən Türkiyə, İsrail və Avropa ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Ermənistan isə son illərdə hərbi texnika sahəsində Rusiyadan daha çox Fransa və Hindistana üstünlük verməyə başlayıb.
Elxan Şahinoğlu Hindistanın Rusiyanın beşinci nəsil Su-57E qırıcılarını almaqdan imtina etməsini də diqqətçəkən nümunə kimi qiymətləndirib. Onun sözlərinə görə, Yeni Dehli yeni təyyarələr almaq əvəzinə mövcud aviasiya parkını modernləşdirməyə və milli döyüş təyyarəsi proqramını inkişaf etdirməyə üstünlük verir.
Politoloq hesab edir ki, Hindistanın bu qərarında iqtisadi amillər mühüm rol oynayıb. Belə ki, yeni Rusiya istehsalı olan təyyarələrin alınması ilə yanaşı, onların texniki xidmətinə və istismarına da böyük maliyyə vəsaiti tələb olunurdu. Yerli modernizasiya proqramı isə həm xərclərin azaldılmasına, həm də ölkə daxilində müdafiə sənayesinin inkişafına və yeni iş yerlərinin qorunmasına imkan verir.
Ekspertin fikrincə, bu cür tendensiyalar davam edərsə, Rusiyanın silah ixracını artırmaq planı ciddi maneələrlə üzləşə və beynəlxalq silah bazarındakı mövqeləri əvvəlki illərlə müqayisədə daha da zəifləyə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-08-2026