Mobil versiya
Ermənistan məhsullarına ciddi nəzarət - Rusiya xəbərdarlıq etdi
Tarix: 13-08-2026 | Saat: 20:30
Bölmə:Dünya | çapa göndər

Ermənistan məhsullarına ciddi nəzarət - Rusiya xəbərdarlıq etdi


Rusiya Kənd Təsərrüfatı Nazirliyi Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlərin ləğv edilməsi şərtlərini açıqlayıb.

“aia.az” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məsələ Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında Almatıda keçirilən görüşdə müzakirə olunub.

“Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən erməni istehsalçılar tərəfindən yerli xammaldan istifadə olunması, pestisidlərə nəzarət, tədarüklərin izlənilməsi və digər məcburi tələblərə əməl edilməsi hazırda məhdudiyyət altında olan malların idxalının bərpası üçün ən vacib şərtdir. Tədarük olunan məhsulların Avrasiya İqtisadi İttifaqının (Aİİ) baytarlıq və fitosanitar normalarına uyğunluğu Rusiya tərəfi üçün mütləq prioritetdir”, – deyə Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd edək ki, görüş Aİİ-nin Aqrosənaye Siyasəti Şurasının 7-ci iclası çərçivəsində baş tutub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2026