Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur
Tarix: 14-08-2026 | Saat: 17:03
Bölmə:Özəl | çapa göndər

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev avqustun 11-də Azərbaycan televiziyasına müsahibəsində deyib ki, yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik.
Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq. Özü də yəqin ki, siz də xatırlayırsınız, hələ 2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan Prezidentləri və Mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır olmalıyıq.
Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək. Yəni bizim strateji baxışlarımız və planlarımız bundan ibarətdir., bu planlar bizim yaxınlığımızda yerləşən ölkələrin maraqlarına cavab verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, vacib olan məsələlər təhlükəsizlik məsələləri idi, bu həll olundu. Enerji təhlükəsizliyi idi, Naxçıvan Muxtar Respublikası üçün bu, həll olundu.
Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il dövlət büdcəsindən Naxçıvana yüz milyonlarla manat vəsait ayrılır.
Dövlətimizin başçısı əmin etdi ki, Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, ediləcək. Böyük ticarət yollarının üzərində yerləşən Naxçıvan qarşıdakı illərdə Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu mühüm Avrasiya qovşaqlarından biri olacaq.
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2026
17:11 Sevgilim yoxdur