Paşinyana sülh mükafatı verdilər
Tarix: 20-08-2026 | Saat: 13:02
Bölmə:Dünya | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərdiyi səylərə görə Almaniyanın nüfuzlu Hessen Sülh Mükafatına (Hessian Peace Prize) layiq görülüb.
aia.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Almaniyadakı səfirliyi rəsmi məlumat yayıb.
Təşkilatçılar bu mükafatın 51 yaşlı hökumət başçısının regionda münaqişənin dinc yolla həlli, demokratik təsisatların möhkəmləndirilməsi və Avropa İttifaqı ilə yaxınlaşma kursuna verdiyi töhfələrə görə təqdim edildiyini bildiriblər.
Qeyd edək ki, Hessen Sülh Mükafatı 1993-cü ildən bəri dünyada sülhün və xalqlararası anlaşmanın inkişafına xüsusi xidmət göstərmiş siyasi və ictimai xadimlərə təqdim olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-08-2026