Milli Məclisin deputatı Tamam Cəfərova sakinlərlə növbəti səyyar görüş keçirib -Fotolar
Tarix: 25-08-2026 | Saat: 13:19
Bölmə:Özəl | çapa göndər

Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbul keçirib.
aia.az xəbər verir ki, bu barədə məlumat deputatın sosial şəbəkə hesabında paylaşılıb.
Tamam Cəfərova bildirib ki: "Bu gün təmsil etdiyim Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik.
Nüydü kəndində sakinlərin müraciətləri əsasən yol infrastrukturunun yenidən qurulması və su təminatı, Çarhan kəndində su sayğaclarının quraşdırılması, Sabirli kəndində isə su təminatı ilə bağlı mövcud problemlərlə əlaqədar oldu.
Qəbul zamanı vətəndaşlarımızın hər bir müraciətini diqqətlə dinləyərək qeydiyyata aldıq. Qaldırılan məsələlərin bir qismi ilə bağlı vətəndaşlara yerindəcə müvafiq hüquqi izahatlar verildi. Əlavə araşdırma tələb edən məsələlərin həlli ilə bağlı isə aidiyyəti dövlət qurumları qarşısında müvafiq tədbirlərin görülməsi üçün məsələ qaldırılacağı bildirildi.
Seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və qaldırdıqları problemlərin həlli istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcək.
Hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşmaq, onların hüquq və mənafelərinin qorunmasına dəstək göstərmək deputat fəaliyyətimizin əsas istiqamətlərindəndir. Vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik."
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026