Mobil versiya
İrəvanın Kiyev kartı Moskvanı qəzəbləndirdi: "Bu zəhərli siyasi çalar..."
Tarix: 29-08-2026 | Saat: 12:44
Bölmə:Dünya | çapa göndər

İrəvanın Kiyev kartı Moskvanı qəzəbləndirdi: "Bu zəhərli siyasi çalar..."


Ermənistanın Ukrayna müharibəsində döyüşmək istəməyən Rusiya vətəndaşlarını qəbul etməyə hazır olması barədə verdiyi mesaj Moskvanın qəzəbinə səbəb olub.
aia.az-ın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın müharibəyə getmək istəməyən Rusiya vətəndaşlarının yeni dalğasını qəbul etməyə hazır olmaları barədə açıqlamalarını təxribat kimi qiymətləndirirlər.

“Onlar mahiyyət etibarilə Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar verirlər", - nazirlik rəsmisi vurğulayıb.

O bildirib ki, "Dojd" televiziyası müsahibə zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibinə qəsdən təxribat xarakterli sual verib. A.Simonya da buna uyub, Rusiyada ehtimal olunan səfərbərlik barədə fərziyyələrə qapılıb.

Mariya Zaxarovanın sözlərinə görə, bu, Rusiya rəsmiləri tərəfindən dəfələrlə təkzib edilib. XİN rəsmi Ermənistan rəsmilərinin "Moskva ilə ikitərəfli əməkdaşlığı pozan" açıq bəyanatlar yayması tendensiyasının davam etdiyini bildirib.

M.Zaxarova hesab edir ki, Ermənistan Təhlükəsizlik Şurası katibinin bu açıqlamaları İrəvanın Qərbə və Kiyev rejiminə xidmət etmək istəyini göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-08-2026