Mobil versiya
Trampdan İrana mesaj: “Qaçılmaz olanı gecikdirirlər”
Tarix: 02-09-2026 | Saat: 10:15
Bölmə:Manşet / Dünya | çapa göndər

Trampdan İrana mesaj:

ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib.

aia.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

ABŞ lideri bildirib ki, İrana endirilən zərbələr fonunda ölkənin iqtisadiyyatı faktiki olaraq çökmək üzrədir.

"Hazırkı vəziyyət bizi daha çox qane edir. Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik, İran iqtisadiyyatı isə tamamilə çökür. Onlar sadəcə qaçılmaz olanı gecikdirirlər", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, iyulun 8-də Tramp atəşkəsin pozulduğunu açıqlayaraq İrana qarşı yeni zərbələrin endirilməsinə göstəriş verib. Bunun ardınca İran ABŞ-nin Fars körfəzi regionundakı hərbi obyektlərinə raket və PUA-larla hücum edib.

Vaşinqton Tehranla danışıqların bərpa olunmasını istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, İranın nüvə proqramı və digər məsələlər üzrə fikir ayrılıqları prosesin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır.

Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi demək olar ki, iflic vəziyyətindədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-09-2026