Mobil versiya
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Tarix: 04-09-2026 | Saat: 18:07
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq

Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni metrostansiya "20 Sentyabr" adlandırılacaq.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror əməliyyatlarından sonra Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpa edilməsi şərəfinə bu tarix xüsusiləşdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2026