Mobil versiya
Ermənistan prezidenti Türkiyə planının Azərbaycan şifrəsini açdı – Hər şey hazırdır
Tarix: 05-09-2026 | Saat: 23:39
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

Ermənistan prezidenti Türkiyə planının Azərbaycan şifrəsini açdı – Hər şey hazırdır


Ermənistan Türkiyə ilə sərhədin açılması üçün bütün hazırlıqları tamamlayıb və sərhədi istənilən an açmağa hazır olduğunu bildirir.

aia.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan açıqlayıb.

Onun sözlərinə görə, sərhəd-keçid məntəqələri insanların, malların və nəqliyyat vasitələrinin keçidi üçün artıq hazırlanıb. Hazırda diplomatik prosesdə müəyyən fasilə olsa da, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına və bütövlükdə regionda sülhün bərqərar olmasına imkan verəcək həll yolları üzərində işləyir.

Xaçaturyan bildirib ki, Türkiyə ilə sərhədin açılması Azərbaycanla münasibətlərin yaxşılaşdırılması kontekstində də nəzərdən keçirilir.

Ermənistan tərəfi prosesin mərhələli şəkildə həyata keçirilməsini, o cümlədən ilkin mərhələdə sərhədin diplomatlar və üçüncü ölkə vətəndaşları üçün açılmasını təklif edib.

Prezident Ermənistan-Türkiyə əməkdaşlığının praktiki nümunələri sırasında Ani körpüsünün birgə bərpasını və İrəvanda Ermənistan-Türkiyə biznes forumunun keçirilməsini göstərib.

Xaçaturyanın sözlərinə görə, Qars-Axalkalaki dəmir yolu vasitəsilə aparılan ticarət artıq nəticə verir. Ermənistan məhsulları indi vasitəçilər olmadan, birbaşa kodlarla Türkiyəyə daxil olur.

Ermənistan prezidenti vurğulayıb ki, İrəvan qonşu ölkələrlə tam iqtisadi və siyasi münasibətlərin qurulması istiqamətində fəaliyyətini davam etdirəcək.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-09-2026