Asif Əsgərov növbəti vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 09-09-2026 | Saat: 15:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Lahıc və Sabuncu kəndlərində olub, şəhid ailəsini ziyarət edib və vətəndaş qəbulunu keçirib.
Millət vəkili əvvəlcə Vətən müharibəsi qəhrəmanı, şəhid İsmayıl Səmədovun Lahıc kəndində yaşayan ailə üzvləri ilə görüşüb. Görüş zamanı şəhidin ailəsi ilə səmimi söhbət aparılıb, onların qayğıları və müraciətləri dinlənilib.
Asif Əsgərov İsmayıl Səmədovun Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlığın daim ehtiramla yad edildiyini bildirib.
Daha sonra Sabuncu kəndində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd nümayəndəsi, bələdiyyə sədri və kəndin ziyalıları iştirak ediblər.
Qəbul zamanı kənd sakinləri onları narahat edən müxtəlif məsələləri millət vəkilinin diqqətinə çatdırıb, müraciət və təkliflərini səsləndiriblər. Sakinlərin müraciətlərində bir müddət əvvəl yağan intensiv yağışlar nəticəsində sel sularının yaratdığı fəsadlar, təsərrüfatlara və infrastruktura dəymiş zərər, yol infrastrukturunun vəziyyəti, eləcə də içməli su ilə bağlı məsələlər əsas yer tutub.
Millət vəkili Asif Əsgərov hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, millət vəkilinin səlahiyyətləri çərçivəsində olmayan müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilərək nəzarətə götürülüb.
Sonda həm şəhid ailəsi, həm də vətəndaş qəbulunda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlət tərəfindən şəhid ailələrinə və vətəndaşlara göstərilən davamlı diqqət və qayğının yüksək qiymətləndirildiyini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-09-2026