Hörmüz razılaşması Körfəzdə fikir ayrılığı yaratdı: Kritik görüş son anda təxirə salındı
Tarix: 14-09-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

İran və Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 14-də Omanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. İran Xarici İşlər Nazirliyi qərarın Tehran və Məsqət arasında razılaşdırıldığını açıqlayıb. Görüşün yeni tarixi hələ müəyyən edilməyib.
Danışıqlarda əsas mövzulardan biri İran və Omanın Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların yaradılması ilə bağlı apardığı müzakirələrin nəticələri olmalı idi. İranın xarici işlər naziri Abbas Araqçi Körfəz ölkələrini Tehran-Məsqət razılaşmasının detalları barədə məlumatlandırmağı planlaşdırırdı.
Lakin görüş ərəfəsində Körfəz ölkələri arasında razılaşmanın şərtləri ilə bağlı fikir ayrılıqlarının yarandığı bildirilir. “Axios” jurnalisti Barak Ravidin məlumatına görə, Səudiyyə Ərəbistanı Oman-İran təklifinə dəyişikliklər istəyib. Ər-Riyadın əsas narahatlığının razılaşmanın Hörmüzdə yeni status-kvo yaratması və bunun gələcəkdə Körfəz Əməkdaşlıq Şurası ölkələrinin maraqlarına uyğun olmaması ehtimalı olduğu bildirilir.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi də görüşün təxirə salındığını təsdiqləyərək qərarın regional konsensusun əldə olunması məqsədilə verildiyini bildirib. Məsqət dialoqu davam etdirmək və tərəflərin qəbul edə biləcəyi ortaq formul üzərində işləmək niyyətində olduğunu vurğulayıb.
Diqqətçəkən başqa məqam isə Araqçinin açıqlamasıdır. İran XİN rəhbəri Tehranla Məsqət arasındakı razılaşmanın Hörmüz boğazının tam şəkildə açılması demək olmadığını bildirib. Bu açıqlama boğazın gələcək rejimi və kommersiya gəmilərinin keçid şərtləri ilə bağlı fikir ayrılıqlarının hələ aradan qalxmadığını göstərir.
Beləliklə, görüşün təxirə salınmasının arxasında əsasən Hörmüz üçün nəzərdə tutulan yeni mexanizmlə bağlı regional konsensusun olmaması dayanır. Xüsusilə Səudiyyə Ərəbistanının dəyişiklik tələbi göstərir ki, Körfəz ölkələri İran-Oman razılaşmasının boğazda Tehran üçün əlverişli yeni qaydalar yaratmasını istəmirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-09-2026