Mobil versiya
Füzulidə ağır qəza - Ölən və yaralananlar var
Tarix: 19-09-2026 | Saat: 16:00
Bölmə:Ölkə | çapa göndər

Füzulidə ağır qəza - Ölən və yaralananlar var


Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“aia.az”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.

Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.

Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2026