İlon Maskdan yeni nəqliyyat planı: 3 saata yaxın yol 30 dəqiqəyə enə bilər
Tarix: 22-09-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

İlon Maska məxsus “Boring Company” Texasın Ostin və San-Antonio şəhərlərini birləşdirəcək yeni yeraltı nəqliyyat layihəsi üzərində işləyir. Maskın iddiasına görə, tunel iki şəhər arasındakı səfər müddətini 30 dəqiqədən də aşağı sala bilər.
Hazırda tıxac zamanı avtomobillə bu məsafənin qət edilməsinin 2 saat 50 dəqiqəyədək çəkə bildiyini bildirən Mask tuneldə saatda 200 mildən, yəni təxminən 321 kilometrdən yüksək sürətin mümkün olacağını deyib.
Layihənin gələcək “Hyperloop” konsepsiyasına keçid mərhələlərindən biri kimi nəzərdə tutulduğu bildirilir. “Hyperloop” ideyası aşağı təzyiqli borular daxilində kapsulların son dərəcə yüksək sürətlə hərəkət etməsini nəzərdə tutur. Lakin bu konsepsiya indiyədək genişmiqyaslı kommersiya nəqliyyat sistemi kimi reallaşdırılmayıb.
“Boring Company” artıq Las-Veqasda “Tesla” avtomobillərindən istifadə edilən “Vegas Loop” sistemini qurub. Şirkətin ABŞ-ın digər şəhərlərində və BƏƏ-də də yeni yeraltı nəqliyyat layihələri üzərində işlədiyi bildirilir.
Ostin-San-Antonio tunelinin 321 km/saatdan yüksək sürət və 30 dəqiqədən az səfər müddəti kimi göstəriciləri hələlik Maskın layihə ilə bağlı açıqladığı hədəflərdir. Bunlar hazırda fəaliyyətdə olan nəqliyyat xəttinin təsdiqlənmiş nəticələri deyil.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-09-2026

_1772544040.jpeg)