Azərbaycanda dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ
Tarix: 23-09-2026 | Saat: 20:10
Bölmə:Siyasət | çapa göndər

Dünyada cərəyan edən təhlükəli tendensiyalar fonunda neft və digər enerji sahələrinin, daşımalarının risk altında olması ölkələri qeyri-neft sektorunda əsaslı və nəticəyə hesablanmış addımlar atmaq məcburiyyətində qoyur. Bu sırada dağ-mədən və metallurgiya sənayesi xüsusi diqqət tələb edir. Öncəliklə onu qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi uzun müddətdir əsas prioritet təşkil edir.
Ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsinin prioritetliyi ötən gün prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə ilə bir daha təsdiqini tapdı. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda bu sahənin inkişaf etdirilməsi üçün kifayət qədər imkanlar və potensial var. Bu baxımdan sözügedən Dövlət Proqramı həmin imkanların komplektləşdirilib həyata keçirilməsi və istənilən nəticənin əldə edilməsi üçün mühüm strateji sənəd sayıla bilər.
Düzdür, ölkədə dağ-mədən, metallurgiya sənayesinin arzuladğımız səviyyədə inkişafına 30 ilə qədər mövcud olan işğal faktoru da əngəl olub. Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində mövcud olan yataqların işğal dövründə ermənilər tərəfindən vandalcasına istismar edilməsi bu sahənin inkişaf etdirilməsinə maneə yaradıb. Artıq tarixi zəfərimizlə işğal dövrü arxada qalıb və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən, metallurgiya sənayesinin inkişafı üçün yeni imkanlar açılıb.
Təsadüfi deyil ki, Dövlət Proqramının mühüm istiqamətlərindən birini də məhz işğaldan azad edilmiş ərazilərdə geoloji kəşfiyyat və mövcud yataqların istismara hazırlanması töəşkil edir. Dövlət başçısı müşavirədə bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi nəzərdə tutulur. Bu sırada Kəlbəcər, Ağdərə və Zəngilan ərazilərində yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması istiqamətində işlər aparılır. Bu proses öz-özlüyündə regionların, kəşfiyyat aparılan şəhər və rayonların iqtisadi inkişafına da təsirsiz ötüşməyəcək. Belə layihələr regionlarda yol, enerji, logistika, rabitə, xidmət və digər infrastruktur layihələrinin də həyata keçirilməsinə imkan açacaq ki, hər bir layihənin həyata keçirilməsi də öz-özlüyündə yeni iş yerlərinin açılması, həmin regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, ümumilikdə sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən amillərdəndir. Ən əsası Qərb Sənaye Parkının yaradılması proqramın mühüm istiqamətlərindən birini təşkil edəcək ki, Prezident İlham Əliyev parkın yaradılmasının əsas məqsədlərindən birinin “Daşkəsən” yatağının istismarı və ətraf ərazilərdə digər layihələrin həyata keçirilməsi olduğunu bildirib. Burada zənginləşdirmə, pelletləşdirmə və isti briketləşdirilmiş dəmir istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
Məsələyə daha geniş aspektdən yanaşsaq Dövlət Proqramının icrası ölkədə 5 mindən çox daimi iş yerinin yaradılmasına yol açacaq. Paralel olaraq, yeni müəssisələrin fəaliyyətə başlaması podratçı şirkətlərə, logistika və xidmət sektoruna, texniki təchizat sahəsinə əlavə tələbat yarada bilər. Dövlət başçısının qeyd etdiyi kimi, mədənçilik və metallurgiya yüksək ixtisas tələb edən sahələr olduğundan, proqramın icrası peşəkar kadr hazırlığına olan tələbi də artıracaq. Geologiya, metallurgiya, mədən mühəndisliyi, avtomatlaşdırma, energetika, ekologiya və digər istiqamətlər üzrə mütəxəssislərə ehtiyacın artması gözlənilir. Bu isə sənaye siyasətinin insan kapitalının inkişafı ilə əlaqələndirilməsini zəruri edir.
İnvestisiya cəlbediciliyi, onun həcmi baxımından da Dövlət Proqramı xüsusi maraq kəsb edir. Dövlət Proqramına əsasən, 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sektoruna ümumilikdə 5,3 milyard manat investisiya yönəldilməsi nəzərdə tutulur. Bu vəsaitin 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl sektorun vəsaiti hesabına formalaşdırılması nəticəsində mümkün olacaq. Beləliklə, investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, investisiyalar yalnız hasilat güclərinin artırılmasına yönəldilməyəcək. Eyni zamanda istehsal zəncirinin müxtəlif mərhələlərinin qurulmasına da sərf olunacaq. Bir qədər də konkretləşdirsək burada söhbət təkcə hansısa qiymətli məhsulun əldə edilməsindən getmir. Həmçinin, onun zənginləşdirilməsi, emalı və sonrakı sənaye məhsullarına çevrilməsi də əsas görüləcək işlər sırasında yer alır.
Nəzərə alsaq ki, Azərbaycanda mövcud olan bir çox perspektivli yataqlar təkcə regional deyil, eyni zamanda qlobal aspektdə tanınır, bu mənada həmin yataqların istismarının, orada istehsalın daha da genişləndirilməsi üçün investisiya cəlb edilməsində hər hansı problem olmayacaq. Bu sırada Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağını xüsusi qeyd etmək lazımdır. Cənab Prezidentin müşavirədə qeyd etdiyi kimi “Filizçay” polimetal yatağı Avropa qitəsində ən perspektivli yataqlardan biri hesab olunur. Kifayət qədər perspektivli olan “Filizçay” yatağının istismara hazırlanması istiqamətində müvafiq addımlar atılır. Elə Prezident İlham Əliyev də bildirdi ki, artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görülür.
“Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”.
“Filizçay” polimetal yatağının istismara verilməsi təkcə deputat seçildiyim Balakən rayonu deyil, ümumilikdə bölgənin iqtisadi inkişafına, məşğulluğun artmasına və yerli əhalinin gəlir imkanlarının genişlənməsinə təsir göstərə biləcək. Bu mühüm sənaye layihəsinin istismarı Balakən sakinləri üçün birbaşa və dolayı məşğulluq imkanları yarada bilər. Bu mədən sənayesindən tutmuş, nəqliyyat, tikinti, texniki xidmət, iaşə, peşə hazırlığı sahəsində yeni iş tələbatların və iş yerlərinin açılması deməkdir. “Filizçay” yatağı Azərbaycanın timsalında Balakən iqtisadiyyatının şaxələndirilməsinə də imkan yaradacaq. Bildiyiniz kimi, Balakən ənənəvi olaraq kənd təsərrüfatı və digər müvafiq sahəli rayon kimi tanınır. Sözügedən yatağın istismarı Balakəni həm də mədən sənayesi kimi də təqdim edəcək.
Hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət ayıran Azərbaycan dövləti və onun ali rəhbərliyi sözügedən Dövlət Proqramının icrası zamanı ekoloji möəsələləri də diqqətdən kənarda saxlamayıb. Belə ki, dağ-mədən sənayesinin genişləndirilməsi avtomatik olaraq ekoloji təhlükəsizlik məsələsi də ön plana çıxarır. Buna görə yeni layihələrin iqtisadi göstəriciləri ilə yanaşı, onların ekoloji təsirinin qiymətləndirilməsi də vacibdir. Bu mənada Prezident İlham Əliyevin müşavirədə mədən layihələrində yüksək ekoloji standartlara əməl olunmasını xüsusi vurğulaması Azərbaaycan dövləti və onun rəhbərliyinin təbiətin qorunmasına necə diqqət və həssaslıqla yanaşdığını bir daha ortaya qoyur. Bu prinsip xüsusilə Qarabağ və Şərqi Zəngəzur kimi təbii landşaftın və ekosistemlərin qorunmasında aktualdır.
Bir sözlə 2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramı Azərbaycanda qeyri-neft sektorunda yeni bir mərhələni deyil, eyni zamanda dağ-mədən sənayesinin inkişafına yönəlmiş yeni bir yanaşmanı nəzərdə tutur. Əminliklə deyə bilərik ki, nəzərdə tutulan layihələrin, qarşıya qoyulan texniki-iqtisadi göstəricilərin zamanında həyata keçirilməsi və ümumilikdə Dövlət Proqramının uğurlu icrası Azərbaycanda dağ-mədən və metallurgiya sənayesində yeni bir mərhələnin əsasını qoyacaq, ölkənin bu sahədə istehsal və ixrac potensialını artıracaq.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2026