İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
Tarix: 27-09-2026 | Saat: 22:09
Bölmə:Dünya | çapa göndər

"ABŞ Yaxın Şərqdə həssas vəziyyətdədir, onların hərbi təcavüzünün baş verəcəyi təqdirdə bütün region daha da irimiqyaslı münaqişəyə qərq olacaq".
aia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi general Məhəmməd Əkrəminiya bəyan edib.
"Amerikalılar regionda heç də yaxşı vəziyyətdə deyillər. Əgər ABŞ-də hər şey qaydasında olsaydı, onlar vəziyyəti dəyişməyə çalışmazdılar", - deyə o, qeyd edib.
Əkrəminiyanın sözlərinə görə, İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən ola biləcək potensial zərbələrə hər zamankından daha yaxşı hazırdır.
"Bizim mənəvi-psixoloji hazırlığımız var, biz təchizatımızı optimallaşdırmışıq və döyüş heyətinə yeni silah və texnika nümunələri daxil etmişik.
Əgər düşmən təcavüzə cürət edərsə, region əvvəlkindən də şiddətli şəkildə müharibə, qeyri-sabitlik və zorakılığa qərq olacaq, region ölkələri isə daha çox zərər çəkəcəklər", - deyə Əkrəminiya fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-09-2026