İrəvan Moskvanı Aİİ-yə şikayət etdi: Oktyabrda kritik qərar veriləcək
Tarix: 29-09-2026 | Saat: 22:15
Bölmə:Özəl | çapa göndər

Ermənistan Rusiyanın ölkədən gətirilən məhsullara tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət edib. İrəvan bu tədbirlərin ticarət maneəsi kimi tanınmasını və aradan qaldırılmasını istəyir. Məsələyə oktyabrda keçiriləcək iclasda baxılması gözlənilir.
Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyanın sözlərinə görə, AİK Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının qaydalarına uyğun olub-olmadığını qiymətləndirəcək.
Deputat Aydın Hüseynov hesab edir ki, komissiyanın Ermənistanın lehinə qərar verməsi hüquqi baxımdan mümkündür, lakin nəticə əvvəlcədən müəyyən deyil. İrəvan məhdudiyyətlərin Aİİ daxilində sərbəst ticarət prinsiplərini pozduğunu əsaslandırmalı, Rusiya isə tədbirlərin sanitar, fitosanitar və məhsul təhlükəsizliyi tələblərindən irəli gəldiyini sübut etməlidir.
Əgər komissiya Rusiyanın tədbirlərini Aİİ qaydalarına zidd maneə kimi qiymətləndirsə, Moskvadan onların aradan qaldırılması tələb oluna bilər. Əks halda, Rusiyanın məhdudiyyətləri qüvvədə qala bilər.
Beləliklə, oktyabr iclası təkcə ticarət mübahisəsi deyil, Moskva-İrəvan münasibətlərində Aİİ mexanizmlərinin nə dərəcədə işlək olduğunu göstərən mühüm sınaqlardan birinə çevrilə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-09-2026