Azərbaycanda rüşvətxorları ifşa edənlərə qoruma vədi - Yeni qanun qəbul olunacaq
Tarix: 30-09-2026 | Saat: 10:58
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozuntuları barədə məlumat verən şəxslərin müdafiəsi və təşviqi üçün yeni qanun layihəsi hazırlanacaq. Məsələ Milli Məclisin 2026-cı ilin payız sessiyası üzrə iş planına daxil edilib. Bu barədə APA məlumat yayıb.
Məlumata görə, parlamentin payız sessiyası çərçivəsində “Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin təşviqi və müdafiəsi haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Layihənin əsas məqsədlərindən biri korrupsiya faktları barədə məlumat verən şəxslər üçün daha aydın hüquqi müdafiə mexanizmlərinin formalaşdırılması ola bilər.
Bu məsələ xüsusilə ona görə diqqət çəkir ki, korrupsiya halları barədə məlumat verən şəxslər bəzən iş yerində təzyiq, vəzifədən kənarlaşdırılma, təhdid və digər mümkün risklərlə üzləşə bilərlər. Belə şəxslərin təhlükəsizliyinin və hüquqlarının qorunması korrupsiya ilə mübarizədə məlumatların vaxtında əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan qanunvericiliyində korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi ilə bağlı müddəalar artıq mövcuddur. Mövcud normalara əsasən, məlumat verən şəxsin kimliyinin onun razılığı olmadan açıqlanmaması, konfidensiallığın qorunması nəzərdə tutulur. Həmçinin belə şəxslərə və onların yaxın qohumlarına hədə-qorxu gəlmək, təzyiq göstərmək, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək məsuliyyət yaradır.
Yeni qanun layihəsinin gündəmə gətirilməsi isə bu mexanizmlərin daha da sistemləşdirilməsi və korrupsiya barədə məlumat verən şəxslərin hüquqi statusunun daha dəqiq müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıya bilər.
Digər diqqətçəkən məqam layihənin adında “təşviq” məsələsinin də yer almasıdır. Yəni söhbət yalnız məlumat verən şəxsin qorunmasından deyil, korrupsiya hüquqpozmaları barədə məlumatların aidiyyəti qurumlara çatdırılmasının stimullaşdırılmasından da gedir. Hazırda layihənin hansı hallarda və hansı formada təşviq mexanizmləri nəzərdə tutacağı barədə ətraflı məlumat açıqlanmayıb. Bu məsələlərin qanun layihəsinin parlamentə təqdim edilməsindən sonra konkretləşməsi gözlənilir.
Məlumatların qorunması burada əsas məsələlərdən biri olacaq. Çünki korrupsiya faktı barədə məlumat verən şəxs özünün kimliyinin açıqlanmayacağına və məlumatına görə təzyiqlə üzləşməyəcəyinə əmin olmasa, belə halları aidiyyəti qurumlara çatdırmaqdan çəkinə bilər.
Yeni qanun layihəsi korrupsiya faktları barədə məlumat verən şəxslərin real müdafiəsini nə dərəcədə gücləndirə bilər və belə şəxslərin təşviqi mexanizmi korrupsiyanın aşkarlanmasına praktik olaraq necə təsir göstərəcək?
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, belə hüquqi norma dünyanın bir çox ölkələrində var: “İş burasındadır ki, qanun pozuntusu haqqında məlumat vermək istəyən şəxs bəzən öz təhlükəsizliyindən narahat olur. Yaxud adının öyrənilərək ona qarşı təzyiqlərin olacağını düşünür. Bunun qarşısını almaqdan ötrü qanuna belə bir dəyişiklik edilir. Bu, ona gətirib çıxaracaq ki, insanlar hüquq pozuntularını görəndə, biləndə onu gizlətməyə, ona göz yummağa çalışmayacaqlar. Deməzdim ki, kütləvi şəkildə məlumat veriləcək, amma hər halda, qanuna arxalanaraq məlumat verən insanlar olacaq. Bu gün göz yumulan hüquq pozuntusu sabah ağır bir cinayətə və ya böyük problemlərə gətirib çıxardacaq. Bəlkə də vaxtında xəbərdar edilən hüquq pozuntusu həmin o hüquq pozuntusuna yol verən şəxsin elə özünün xilas olunmasına gətirib çıxaracaq, onun daha ağır cinayətlər törətməsinin qarşısını alacaq. Bu təcrübənin Azərbaycanda istifadə edilməsi nəzərdə tutulur”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadən bildirdi ki, praktik baxımdan belə qanun korrupsiyanın aşkarlanmasını əhəmiyyətli dərəcədə gücləndirə bilər, amma bunun nəticəsi qanunun mətnindən daha çox, onun tətbiq mexanizmlərindən asılı olacaq: “Ən mühüm məsələ məlumat verən şəxsin real müdafiəsidir. Əgər qanun həmin şəxsin anonimliyini qoruyursa, işdən çıxarılma, vəzifəsinin aşağı salınması, təzyiq və təqib kimi hallara görə konkret məsuliyyət müəyyənləşdirirsə və şikayətə müstəqil qaydada baxılmasını təmin edirsə, insanlar korrupsiya faktlarını bildirməkdə daha az tərəddüd edəcəklər. Bu halda korrupsiyanın yalnız dövlət qurumlarının yoxlamaları ilə deyil, həmin sistemin daxilində olan insanların məlumatları vasitəsilə də üzə çıxarılması imkanları genişlənər.
Təşviq mexanizmi də burada mühüm rol oynaya bilər. Məlumatın korrupsiya faktının aşkarlanmasına və dövlətə vəsaitin qaytarılmasına real töhfəsi olduğu halda mükafatlandırma mexanizminin tətbiqi insanların məlumat verməyə motivasiyasını artıra bilər. Lakin bu sistem elə qurulmalıdır ki, insanlar əsassız və ya qərəzli məlumat verməklə mükafat əldə etməyə çalışmasınlar. Buna görə məlumatın yoxlanılması və mükafatın yalnız təsdiqlənmiş nəticədən sonra verilməsi vacibdir".
Hüquq eksperti hesab edir ki, əsas məsələ hüquqi təminatın kağız üzərində qalmamasıdır: “Əgər məlumat verən şəxs korrupsiya faktını açıqladıqdan sonra işini, karyerasını və ya təhlükəsizliyini itirməkdən qorxursa, ən yüksək mükafat belə onu danışmağa həvəsləndirməyə bilər. Əksinə, müdafiənin real işlədiyini göstərən ilk nümunələr cəmiyyətdə etimadı ciddi şəkildə artıra bilər”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2026