Mobil versiya
Anar Eyvazov təlimlərdən DANIŞDI
Tarix: 01-10-2026 | Saat: 09:23
Bölmə:Ölkə / Karusel | çapa göndər

Anar Eyvazov təlimlərdən

"Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir.

aia.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü – 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycanda azad olunmuş ərazilərdə ilk dəfə bu miqyasda təlim keçirilir. Burada hibrid müharibələrin xüsusiyyətləri nümayiş olunur.

A.Eyvazov qeyd edib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edirlər. Eyni zamanda, 9 ölkə - İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində qatılıblar.

"Təlimə 3570 nəfərdən çox şəxsi heyət, 135-dən çox insansız vasitələr, 80-ə yaxın zirehli texnika, 90-dan çox artilleriya sistemləri, 30-a yaxın aviasiya vasitələri, 30-dam çox REM/REK/RL sistemləri, 20-yə yaxın HHM vasitəsi, 8 dəstdən çox mühəndis texnikası, 30 vahidə yaxın dəniz vasitələri cəlb edilib", - Anar Eyvazov bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2026