Mobil versiya
"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" - Şəhidin həyat yoldaşı
Tarix: 02-10-2026 | Saat: 13:55
Bölmə:Ölkə | çapa göndər

"YAP şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib" -

Mən bir şəhid həyat yoldaşı olaraq bunu xüsusilə vurğulamaq istəyirəm: şəhid ailəsinin arxasında dövlətin dayandığını bilmək insana yaşamağa, çalışmağa, Vətənə layiqli övlad böyütməyə və gələcəyə inamla baxmağa stimul verir.

aia.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı 44 günlük Vətən müharibəsinin şəhidi, "Qarabağ" ordeni, "Şücaətə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş Şahmar Mənəfovun həyat yoldaşı, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllimi Bəyim Mənəfova deyib.

"Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib. Partiyamızın İdarə Heyətinin hesabatından da göründüyü kimi, VII qurultaydan sonra şəhid ailələri, müharibə veteranları və qazilər daim diqqət mərkəzində saxlanılaraq onların sosial problemlərinin həllinə köməklik göstərilib, bu istiqamətdə çoxsaylı tədbirlər və sosial-humanitar təşəbbüslər həyata keçirilib. Bütün bu fəaliyyətlər böyük əhəmiyyətə malik olmaqla yüksək qiymətləndirilməlidir", - deyə Bəyim Mənəfova qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2026