Mobil versiya
Ermənistanda “azərbaycanlı diversantlar” təşvişi – Kəşfiyyat təcili açıqlama yaydı
Tarix: 02-10-2026 | Saat: 23:53
Bölmə:Dünya | çapa göndər

Ermənistanda “azərbaycanlı diversantlar” təşvişi – Kəşfiyyat təcili açıqlama yaydı


Ermənistanda sərhədi bir neçə azərbaycanlının keçməsi və digər şəxslərin axtarılması barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

aia.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti mediada və sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının ölkə ərazisinə qanunsuz keçdiyi iddia olunan digər şəxsləri axtarması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.

Qurum bildirib ki, Ermənistan ərazisinə yalnız bir Azərbaycan vətəndaşının keçməsi qeydə alınıb və daha çox şəxsin, o cümlədən “diversantların” ölkə ərazisində olması barədə iddiaların heç bir əsası yoxdur.

“Bir daha dəqiqləşdirməyi zəruri hesab edirik ki, Ermənistanın dövlət sərhədini qanunsuz olaraq yalnız bir nəfər – N. Musayev keçib”, – deyə açıqlamada bildirilib.

Söhbət Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevdən gedir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2026