“Korrupsiyanı xəbər ver, pulunu al...” – Yeni qanun insanları danışmağa vadar edəcək?
Tarix: 06-10-2026 | Saat: 23:00
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi ilə bağlı yeni mexanizm yaradılır. Yeni qanun layihəsinə əsasən, korrupsiya barədə məlumat verdiyi üçün xəsarət alan şəxsə 10 min manat, həlak olduğu halda isə onun ailəsinə 20 min manatadək birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulur. Təklif olunan sosial müdafiə tədbirlərinin məlumat verən şəxsin yaxınlarını da əhatə etməsi planlaşdırılır.
20 min manatadək təminat vəd edən mexanizm insanları korrupsiya faktları barədə məlumat verməyə həqiqətən təşviq edəcəkmi, yoxsa insanlar yenə də mümkün təzyiq və təhlükələrə görə susacaq?
İnsanların əsas narahatlığı təkcə maddi itki deyil, işini itirmək, təzyiqə məruz qalmaq və özünün və ailəsinin təhlükəsizliyindən narahat olmaqdır. Yeni qanun layihəsində bu risklərin qarşısının alınması üçün kifayət qədər təminat varmı?
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a danışıb.
Deputat bildirib ki, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, habelə məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanıb: "Azərbaycan Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair qanunvericilik aktının qəbul edilməsi nəzərdə tutulub.
Qanun layihəsi 5 fəsil və 19 maddədən ibarətdir. Layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır. Bu məqsədlə layihədə məlumat verən şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların qanunsuz təsirdən və ədalətsiz rəftardan müdafiəsi əsas prinsiplər kimi müəyyən edilir.
Lsyihədə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları müəyyən edilir. Məlumatların təşkilat daxilində səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, yuxarı vəzifəli şəxsə, habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, məlumat dərhal qeydiyyata alınmalı və bir qayda olaraq, 20 iş günü müddətində araşdırılmalıdır. Əlavə materialların əldə edilməsi zərurəti yarandıqda araşdırma müddətinin 10 iş günü uzadılması mümkündür. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və ya intizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur".
Arzu Nağıyev məlumat verən şəxslərə hansı təminatlar veriləcəyindən də danışıb:
"Məlumat verən şəxslərin müdafiəsi ilə bağlı layihədə onların məlumatlarının konfidensiallığının qorunması, özlərinin, yaxın qohumlarının və qohumlarının təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etmək və konfidensial məsləhət almaq hüquqları müəyyən edilir.
Eyni zamanda, məlumat verən şəxsə, onun yaxın qohumuna və ya qohumuna belə məlumata görə hədə-qorxu, təzyiq, təhdid, təhqir və digər qanunsuz təsirlərin göstərilməsi, habelə məlumat verilməsi ilə əlaqədar iş yerində qisas xarakterli tədbirlərin görülməsi qadağan edilir. Bu çərçivədə intizam tənbehinin tətbiqi, əmək müqaviləsinə xitam verilməsi, vəzifənin və ya iş yerinin dəyişdirilməsi, əməkhaqqından qanunsuz tutulmalar və digər mənfi tədbirlərin tətbiqinə yol verilmir.
Layihədə müəyyən edilmiş subyektlər tərəfindən məlumatların konfidensiallığının və anonimliyin təmin edilməsinə imkan verən kommunikasiya kanallarının yaradılması, elektron qaydada məlumat verilməsi və konfidensial məsləhət almaq imkanının təmin olunması da nəzərdə tutulur. Məlumat verən şəxslərin həvəsləndirilməsi məqsədilə layihədə maddi mükafat mexanizmi müəyyən edilir.
Məlumat təsdiq edildikdə, təşkilat rəhbərinin qərarı ilə məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına mükafat ödənilməsi nəzərdə tutulur. Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən artıq ola bilməz və onun müəyyən edilməsində hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınır.
Bundan əlavə, cinayət təqibi nəticəsində xüsusi müsadirə edilmiş əmlak və ya pul vəsaiti hesabına əldə edilmiş vəsaitdən, habelə layihədə nəzərdə tutulan digər hallarda dövlət büdcəsinə ödənişin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi məbləğində vəsaitin məlumat verən şəxsə ödənilməsi nəzərdə tutulur. Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq həlak olduqda və ya bədən xəsarəti alması hallarında müvafiq birdəfəlik müavinətlərin ödənilməsi, habelə əmlaka dəymiş zərərin qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya edilməsi nəzərdə tutulur".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-10-2026