Kənd yumurtası kəskin bahalaşdı: Qiymətlər daha da arta bilər
Tarix: 14-10-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda kənd yumurtasının qiymətində son bir ay ərzində ciddi artım müşahidə olunur. Əvvəllər 20–30 qəpiyə satılan məhsul hazırda 40–50 qəpiyə təklif edilir. Bahalaşmanın əsas səbəbləri kimi istehsalın azalması və yem xərclərinin artması göstərilir.
Satıcıların sözlərinə görə, bazara çıxarılan kənd yumurtasının miqdarı əvvəlki aylara nisbətən azalıb. Taxıl və digər yem məhsullarının bahalaşması, eləcə də bəzi təsərrüfatlarda toyuqların xəstələnməsi və sayının azalması qiymətlərə təsir göstərən amillər sırasındadır.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, kənd yumurtasının bahalaşması mövsümi amillərlə də əlaqədardır. Onun sözlərinə görə, payız və qış aylarında toyuqların yumurta verməsi azalır, bazarda isə məhsula tələbat yüksək olaraq qalır.
Assosiasiya sədrinin açıqlamasına əsasən, yay aylarında kənd toyuqlarından gündəlik təxminən 300–400 min yumurta əldə edildiyi halda, soyuq mövsümdə bu göstərici 80 minə qədər enə bilir. İstehsalın belə azalması bazarda təklifin məhdudlaşmasına və qiymətlərin yüksəlməsinə şərait yaradır.
Mürvət Həsənli qarşıdakı soyuq aylarda kənd yumurtasının daha da bahalaşa biləcəyini istisna etməyib. Bununla belə, qiymətlərin hansı həddə çatacağı hələlik məlum deyil və bazardakı təkliflə tələbatdan asılı olacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər