Mobil versiya
Netanyahu İrana hücum əmri veribmiş – Tramp son anda müdaxilə edib
Tarix: 21-10-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Netanyahu İrana hücum əmri veribmiş – Tramp son anda müdaxilə edib




İsrailin oktyabrın 10-da İrana qarşı genişmiqyaslı hava hücumu planlaşdırdığı, lakin ABŞ-ın müdaxiləsindən sonra əməliyyatın dayandırıldığı iddia olunur.

“Financial Times” qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın əvvəlində Hərbi Hava Qüvvələrinə hücuma hazırlaşmaq barədə göstəriş verib.

İddiaya əsasən, döyüş təyyarələri havalanmağa hazır vəziyyətə gətirilsə də, ABŞ prezidenti Donald Tramp əməliyyata qarşı çıxıb.

Vaşinqtonun mövqeyindən sonra Netanyahu hücumun təxirə salınması barədə təlimat verib.

Nəşrin mənbələri bildirirlər ki, plan həyata keçirilsəydi, İrana vurulacaq zərərin miqyası əvvəlki hərbi əməliyyatlarla müqayisə oluna bilərdi.

Məlumatda qeyd olunur ki, ABŞ administrasiyası hazırda İranla qarşıdurmada birbaşa hərbi müdaxilədən daha çox iqtisadi sanksiyalara üstünlük verir.

Bununla belə, oktyabrın 10-na planlaşdırıldığı deyilən hücum və Trampın onu dayandırması barədə iddialar rəsmi şəkildə təsdiqlənməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2026