Mobil versiya
Qaradağda YAP-ın VIII Qurultayının qarşıya qoyduğu yeni hədəflər müzakirə edilib -Fotolar
Tarix: 27-10-2026 | Saat: 10:15
Bölmə:Siyasət | çapa göndər

Qaradağda YAP-ın VIII Qurultayının qarşıya qoyduğu yeni hədəflər müzakirə edilib

Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Qobustan qəsəbəsi Ağa Sahib İmanquliyev küçəsi (321 №li tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qobustan qəsəbəsində yerləşən M.F.Axundov küçəsi 2 (195 №-li tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatı, 47-ci Qobustan, 1-ci döngə 52 (Qobustan Qəsəbə İcra nümayəndəliyi) ünvanı üzrə ərazi partiya təşkilatı, 45-ci Qobustan 6 (Salyan şossesi 28, 223 №-li tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatı, Qobustan qəsəbəsi, Nəriman Qasımov küçəsi 20 (“Şəngülüm uşaq bağçası) ünvanı üzrə ərazi partiya təşkilatı, Qobustan qəsəbəsi və M.F.Axundov küçəsi 4 (“Gəlincik” uşaq bağçası) ünvanı üzrə ərazi partiya təşkilatlarının üzvləri və fəallar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə giriş sözü ilə çıxış edən Ağa Sahib İmanquliyev küçəsi (321 №li tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Vasif Musayev bildirib ki, YAP-ın VIII Qurultayı partiyanın yerli orqanlarının qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib. O qeyd edib ki, Prezident, YAP sədri cənab İlham Əliyevin qurultaydakı nitqində səsləndirdiyi fikirlər partiyanın qarşıdakı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayan ərazi partiya təşkilatının sədri bildirib ki, qarşıya qoyulan yeni vəzifələrin icrasında təhsil müəssisələrinin də üzərinə mühüm məsuliyyət düşür.

Tədbirdə çıxış edənlər 195 №-li məktəbin müəllimi Səid Məlikov və Hacı Baloğlan Həsənov bildiriblər ki, ölkəmizin qədəm qoyduğu yeni mərhələdə ilk dəfə toplaşan YAP qurultayı son illər baş vermiş mühüm hadisələri, ərazilərimizin bütövlüyünün və tam suverenliyin əldə olunması kimi uğurları, işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işlərini yüksək qiymətləndirməklə yanaşı, yaxın dövr üçün qarşıda duran vəzifələri müəyyən etmək baxımından da əhəmiyyətli olub.

Görüşdə Qurultay nümayəndəsi, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna, əldə etdiyi mühüm nailiyyətlərə siyasi qiymət verməklə yanaşı, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni mərhələdə qarşıda duran strateji hədəfləri və əsas vəzifələri də müəyyənləşdirir.
YAP Qaradağ rayon təşkilatının sədri vurğulayıb ki, tədbirin əsas məqsədi cənab Prezidentin müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini müzakirə etmək və onların rayon təşkilatına daxil olan ərazi partiya təşkilatlarının, həmçinin hər bir partiya üzvünün fəaliyyətində əks olunmasının vacibliyini vurğulamaqdır. Bu mənada, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində ərazi partiya təşkilatlarının və partiya üzvlərinin üzərinə düşən məsuliyyətin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026