Mobil versiya
YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın çağırışlarından irəli gələn vəzifələr ətrafında müzakirələr aparılıb -Fotolar
Tarix: 28-10-2026 | Saat: 14:19
Bölmə:Siyasət | çapa göndər

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın çağırışlarından irəli gələn vəzifələr ətrafında müzakirələr aparılıb

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Azadlıq prospekti 112” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrlə bağlı partiya üzvləri ilə görüş keçirilib.

aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə açılış nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov VIII Qurultayın partiyanın gələcək fəaliyyətinin prioritetlərinin müəyyənləşdirilməsində, qarşıya qoyulan məqsədlərin dəqiqləşdirilməsində və yeni dövrün tələblərinə uyğun yanaşmaların formalaşdırılmasında mühüm rol oynadığını bildirib. O, partiya üzvlərinin üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmasının və ictimai-siyasi fəallıq nümayiş etdirməsinin əhəmiyyətini qeyd edib.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində əksini tapan əsas məqamları diqqətə çatdıraraq, partiyanın ölkənin inkişaf proseslərindəki rolundan və qarşıda duran prioritetlərdən bəhs edib. O bildirib ki, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi partiya üzvlərinin fəaliyyətində əsas istiqamətlərdən olmalıdır. Anar Abbasov, həmçinin Ərazi Partiya Təşkilatlarının təşəbbüskarlığının artırılmasının, üzvlərlə işin gücləndirilməsinin və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər qurultayda müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının əhəmiyyətini qeyd ediblər. Müzakirələr zamanı dövlət siyasətinin uğurlarının təbliği, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi, informasiya təhlükəsizliyinin qorunması və cəmiyyətlə səmərəli kommunikasiyanın qurulması məsələlərinə toxunulub.
Sonda bildirilib ki, VIII Qurultaydan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün partiya üzvlərinin birgə fəaliyyəti, məsuliyyətli mövqeyi və təşəbbüskarlığı mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə Ərazi Partiya Təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-10-2026