Mobil versiya
Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcək
Tarix: 30-10-2026 | Saat: 11:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcək

2030-cu ilə qədər Azərbaycanın rayonlararası dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində dörd istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulur.

aia.az Modern.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev saytımıza açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu istiqamətlərdən biri Bakı-Xankəndi dəmir yolu marşrutudur. Həmin marşrutun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

B.Hacıyev qeyd edib ki, növbəti mərhələdə Bakı-Yalama, Bakı-Mincivan və Bakı-Astara dəmir yolu xətlərinin bərpası nəzərdə tutulur.

ADY rəsmisi bildirib ki, qeyd olunan dörd istiqamət üzrə işlərin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2026