Mobil versiya
Rusiya Ermənistanın NATO yönümlü diplomatını RƏDD ETDİ- Qalmaqal
Tarix: 01-11-2026 | Saat: 16:02
Bölmə:Dünya | çapa göndər

Rusiya Ermənistanın NATO yönümlü diplomatını RƏDD ETDİ-


Ermənistan hakimiyyətinin Rusiyadakı diplomatik missiyasının rəhbərliyini dəyişmək cəhdi uğursuzluqla nəticələnib.

aia.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Məlumata görə, Moskva Ermənistanın yeni səfiri kimi təklif olunan Samvel Mkrtçyanın namizədliyini təsdiqləməkdən (aqreman verməkdən) rəsmən imtina edib.

Söhbət əvvəllər Ermənistanın Polşadakı səfiri olmuş və ölkənin NATO yanında missiyasına rəhbərlik etmiş diplomat Samvel Mkrtçyandan gedir. Onun ötən yay istefaya göndəriləcəyi elan edilən hazırkı səfir Qurgen Arsenyanı əvəz edəcəyi gözlənilirdi. Lakin razılaşdırma proseduru iflasa uğradığı üçün Arsenyan Rusiya paytaxtına qayıdaraq xidməti vəzifələrinin icrasını davam etdirmək məcburiyyətində qalıb.

Mənbələrin verdiyi məlumata görə, Rusiya tərəfinin Mkrtçyana aqreman verməməsinə əsas səbəb diplomatın uzun illər Avropa paytaxtlarında çalışması və Şimali Atlantika Alyansı (NATO) ilə sıx əməkdaşlıq etməsi, bu səbəbdən də Kremldə ona qarşı dərin inamsızlığın yaranması olub.

İndi Nikol Paşinyan hökuməti ya Kreml üçün kompromis sayılacaq yeni bir namizəd tapmalı, ya da Arsenyanı qeyri-müəyyən müddətə səfirlik rəhbəri postunda saxlamalı olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2026