Mobil versiya
Yakuboviç Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib
Tarix: 02-11-2026 | Saat: 16:17
Bölmə:Dünya | çapa göndər

Yakuboviç Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib


Rusiyalı tanınmış aparıcı və aktyor Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına daxil edilib.

aia.az xəbər verir ki, bu barədə məlumat Ukrayna kəşfiyyatının rəsmi portalında yerləşdirilib.

Bildirilib ki, Yakuboviçin ictimai açıqlamaları və fəaliyyəti onun Rusiya rəhbərliyinin siyasətini dəstəkləməsindən xəbər verir.

Bunlara nümunə olaraq isə 81 yaşlı aparıcının Vladimir Putinin prezident seçkiləri ilə bağlı kampaniyalarında etibarlı nümayəndə qismində iştirak etməsi və 2016-cı ildə Krıma səfəri göstərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-11-2026