Mobil versiya
Neft ucuzlaşmağa davam edir
Tarix: 10-11-2026 | Saat: 10:05
Bölmə:İqtisadiyyat | çapa göndər

Neft ucuzlaşmağa davam edir


Dünya bazarlarında neftin qiymətində eniş davam edib.
aia.az xəbər verir ki, ICE London birjasında “Brent” markalı neftin 2027-ci ilin yanvar fyuçerslərinin qiyməti 0,94 ABŞ dolları və ya 1,02% azalaraq bir barel üçün 91,63 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 1,04 ABŞ dolları və ya 1,20% geriləyərək bir barel üçün 85,81 ABŞ dollarına enib.

Analitiklərin qiymətləndirmələrinə görə, neftin ucuzlaşmasının əsas səbəbi ABŞ və İran arasında hərbi gərginliyin azalacağına dair gözləntilərdir. ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hərbi zərbələrin ehtimalının aşağı olduğunu bildirməsi Yaxın Şərqdən neft tədarükünün pozulması ilə bağlı narahatlıqları zəiflədib.

Bununla yanaşı, qlobal neft bazarında təklifin tələbi üstələməsi ilə bağlı proqnozlar da qiymətlərə təzyiq göstərir. JPMorgan analitiklərinin hesablamalarına görə, oktyabrda qlobal neft təklifi tələbi gündəlik 1,4 milyon barel üstələyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə