2027-ci ilin dövlət büdcəsi dayanıqlı inkişaf və sosial rifah fəlsəfəsinə söykənir
Tarix: 19-11-2026 | Saat: 10:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Dünyada yaşanan gərginliklər, qlobal çağırışlar və beynəlxalq iqtisadiyyatdakı qeyri-müəyyənliklər fonunda hər bir müstəqil dövlətin inkişaf xətti onun daxili iqtisadi potensialından, maliyyə müstəqilliyindən birbaşa asılıdır. Mürəkkəb geosiyasi və iqtisadi reallıqlar fonunda milli iqtisadiyyatın dayanıqlılığını qoruyan, strateji hədəfləri reallığa çevirən həlledici maliyyə mexanizmi dövlət büdcəsidir. Büdcə sadəcə ilin gəlir və xərclərini əks etdirən rəqəmsal cədvəl, yaxud quru proqnozlar toplusu deyil, ölkənin iqtisadi gücünü, sosial məsuliyyətini, təhlükəsizlik prioritetlərini və qarşıdakı dövr üçün müəyyənləşdirdiyi inkişaf fəlsəfəsini özündə birləşdirən ali maliyyə sənədi, iqtisadi və sosial proseslərin tənzimlənməsi üçün əsas vasitədir.
Bu mənada Azərbaycanda ildən-ilə artan büdcə gəlirləri, genişlənən maliyyə imkanları ölkəmizin iqtisadi intibahının, dayanıqlı inkişaf modelinin əyani təzahürü və təsdiqidir. Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən, parlament komitələrində hərtərəfli müzakirə olunan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun büdcələri də yeni tarixi dövrün çağırışlarına cavab verən inkişaf kursunun hüquqi bazası, möhkəm təməlidir. Ümumiyyətlə, Azərbaycanın formalaşdırdığı tərəqqi modeli sübut edir ki, əldə olunan hər bir iqtisadi uğur, reallaşdırılan irimiqyaslı layihə və yaradılan dayanıqlı maliyyə bazası dövlətimizin başçısının qətiyyətli siyasi iradəsinin, düşünülmüş strateji kursunun və hər şeydən əvvəl, Azərbaycan vətəndaşının təhlükəsizliyinə və rifahına hesablanmış dövlət siyasətinin məntiqi nəticəsidir.
Bu gün Azərbaycan regional proseslərə təsir göstərən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən, çoxtərəfli platformalarda fəal iştirak edən və qlobal siyasi arenada orta güc statusuna malik nüfuzlu dövlət kimi tanınır. İqtisadi müstəvidə isə ölkəmiz strateji enerji resurslarını regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın mühüm vasitəsinə çevirən, iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edən güclü tərəfdaş dövlətdir. Cari ilin ötən dövründə qazanılan nailiyyətlər, xüsusilə 10 ay ərzində dövlət büdcəsinin 4,8 milyard manat profisitlə icra olunması və strateji valyuta ehtiyatlarımızın 89,4 milyard ABŞ dollarına çatması 2027-ci ilin büdcə zərfinin formalaşması üçün etibarlı iqtisadi zəmin formalaşdırıb.
Sosialyönümlü büdcə, makroiqtisadi sabitlik və fiskal dayanıqlılıq
Dünya iqtisadiyyatında artım tempinin azalması, enerji bazarlarında müşahidə olunan qiymət dalğalanmaları fonunda ölkəmizin 2027-ci il üçün dövlət büdcəsi layihəsi ehtiyatlı, uzaqgörən və mühafizəkar makroiqtisadi proqnozlara əsaslanır. 2027-ci ilin dövlət büdcəsi ölkəmizin strateji inkişaf hədəflərinin reallaşdırılmasına, müdafiə və təhlükəsizlik imkanlarının artırılmasına, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin davam etdirilməsinə, sosial müdafiə tədbirlərinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda təhsil, səhiyyə, elm, kənd təsərrüfatı, infrastruktur və digər sahələrə ayrılan vəsaitlərin ölkəmizin uzunmüddətli inkişafına, əhalinin rifahının yüksəldilməsinə və regionların iqtisadi fəallığının artırılmasına töhfə verəcəyi şübhəsizdir.
Ən mühümü odur ki, gələn ilin büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da gücləndiriləcəyindən xəbər verir. Büdcə xərclərinin 18,7 milyard manatının və ya 44,2 faizinin sosialyönümlü olması bunu bir daha təsdiq edir. Bu məbləğ 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur. Sənədə görə, gələn il ölkədə ümumi daxili məhsulun (ÜDM) real ifadədə 2,7 faiz artaraq 141 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz artımla 109,1 milyard manata çatacağı gözlənilir ki, bu da qeyri-neft sektorunun ÜDM-də payının 77,4 faizə yüksəlməsini təmin edəcək. Enerji bazarlarındakı qiymətlərin daha çox geosiyasi risklər və təklif məhdudiyyətləri ilə bağlı olduğu nəzərə alınaraq, büdcə hesablamalarında "Azəri Light" markalı neftin bir barelinin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb ki, bu da kifayət qədər məntiqlidir.
Vaxtilə neft gəlirləri hesabına çəkilmiş magistral yollar, dəmir yolu xətləri, limanlar, enerji və kommunikasiya infrastrukturu üzərində ucalan və siyasi-iqtisadi leksikona "yeni iqtisadiyyat quruculuğu" kimi daxil olan bu mərhələ neft gəlirlərinin yaratdığı imkanları yeni gəlir, yeni ixrac, yeni texnologiya və yeni vergi bazasına çevirməklə milli iqtisadiyyatda kəmiyyət artımından keyfiyyət dəyişikliklərinə keçidi təmin edir.
Cari ilin 1 oktyabr tarixinə dövlət borcunun 23,9 milyard manat olması, xarici borcun ümumi dövlət borcundakı payının 32 faiz təşkil etməsi və ortamüddətli perspektivdə onun mərhələli şəkildə azaldılaraq daxili borcla əvəz edilməsi strategiyası dövlət maliyyəsinin idarə olunmasında yüksək peşəkarlığın və gələcək nəsillərə ağır borc yükü miras qoymamaq niyyətinin göstəricisidir. Eyni zamanda xidmət sektorunun (ticarət, nəqliyyat, logistika, turizm, informasiya və rabitə) ÜDM-də payının 45 faizə çatması, ötən ilin tədiyyə balansına əsasən xidmət ixracımızın 8,6 milyard dollar, xidmət idxalımızın isə 10,3 milyard dollar təşkil etməsi yüksək əlavə dəyər yaradan xidmət sahələrinin inkişafı üçün geniş imkanlar açır. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun uğurla keçirilməsi, cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyaların 18 faizədək artması və cari ilin yekununa qeyri-neft-qaz mal ixracımızın 4,2 milyard ABŞ dollarını üstələyəcək olması özəl kapitalın səfərbər edildiyini təsdiqləyir.
Büdcə gəlirlərinin strukturu və qeyri-neft sektorunun artan rolu
İqtisadiyyatın şaxələndirilməsi, şəffaflığın artırılması və özəl sektorun təşviqi istiqamətində həyata keçirilən islahatlar dövlət gəlirlərinin keyfiyyətcə yenilənməsini şərtləndirir. Qanun layihəsinə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat (1,7 faiz) artaraq 39 milyard 254 milyon manat proqnozlaşdırılır ki, bunun da 60,6 faizi (23,8 milyard manatı) qeyri-neft-qaz sektorunun, 39,4 faizi (15,5 milyard manatı) isə neft-qaz sektorunun payına düşəcək. İcmal büdcənin 47,6 milyard manatlıq gəlirlərinin isə 64,5 faizini qeyri-neft sektoru, 35,5 faizini isə neft-qaz sektoru təşkil edəcək ki, bu da cari illə müqayisədə qeyri-neft gəlirlərinin payının icmal büdcədə 1,5, dövlət büdcəsində isə 3,2 faiz artması deməkdir. Gələn ilin dövlət bürclərinin xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı illə müqayisədə 696 milyon manat çoxdur.
İqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun təşviqi sayəsində dövlət büdcəsinin gəlir strukturunda qeyri-neft sektorunun rolunun getdikcə artması ölkəmizin iqtisadi dayanıqlılığının gücləndiyini göstərir. Bu müsbət dinamika fiskal şəffaflığın artırılmasına və makroiqtisadi sabitliyin uzunmüddətli perspektivdə etibarlı şəkildə qorunmasına zəmin yaradır.
Vergi və gömrük orqanlarının xətti ilə daxilolmaların yüksək dinamika göstərməsi də iqtisadiyyatın şəffaflaşması pro-sesinin real nəticəsidir. Belə ki, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı 1,7 dəfə, qeyri-neft-qaz özəl sektorunda bağlanan əmək müqavilələrinin sayı isə iki dəfədən çox artaraq ümumi əmək müqavilələrinin 57 faizinə çatıb. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının 13 faizdən çox artması qeyri-neft ÜDM-in nominal artım tempini üstələyib. Bu uğurlu dinamikanın davamı olaraq, gələn il dövlət büdcəsi gəlirlərinin 47 faizi Dövlət Vergi Xidmətinin xətti ilə təmin olunacaq. Bu da həm neftdən asılılığın azaldılmasına, həm də strateji ehtiyatların gələcək nəsillər üçün qorunmasına xidmət edir.
Xüsusilə əlamətdardır ki, regionların sosial-iqtisadi inkişafı proqramlarının uğurlu icrası sayəsində 2027-ci ildə bütün rayonlarımız öz gəlirləri hesabına yerli xərclərini tam qarşılayaraq ilk dəfə dotasiyadan tamamilə azad olacaq. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərinin bərabər olmaqla 510 milyon manat müəyyən edilməsi ilə muxtar respublikaya verilən dotasiya 6,4 faiz azalacaq.
Xərclərin bölgüsü və sosialyönümlülük
Dövlət maliyyəsinin şaxələnmiş gəlir mənbələri ölkənin sosial və strateji öhdəliklərini tam həcmdə maliyyələşdirməyə imkan yaradır. Layihəyə əsasən, 2027-ci ildə dövlət büdcəsinin xərcləri cari illə müqayisədə təqribən 696 milyon manat artaraq 42 milyard 400 milyon manat, kəsiri isə 3 milyard 146 milyon manat təşkil edəcək. İcmal büdcənin xərcləri isə 50,4 milyard manat səviyyəsində müəyyənləşdiriləcək. Dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı cari, 13,8 milyard manatı əsaslı, 2,2 milyard manatı isə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinə yönəldiləcək. Cari xərclərin 90,1 faizinin qeyri-neft gəlirləri hesabına ödənilməsi isə fiskal dayanıqlılığı möhkəmləndirəcək.
Azərbaycan dövlətinin yürütdüyü siyasətin mahiyyətində iqtisadi inkişafla sosial siyasətin vəhdəti dayanır. Məhz bu prinsipin bariz nümunəsi olaraq, 2027-ci ildə sosialyönümlü xərclərə 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz artımla 18,7 milyard manat (büdcə xərclərinin 44,2 faizi) vəsait ayrılacaq. Sosial xərclərin böyük hissəsinin davamlı və təkrarlanan öhdəliklərdən ibarət olması onların fasiləsiz icrası üçün etibarlı maliyyə bazası tələb edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan sayca altıncı sosial islahat paketi çərçivəsində təhsil və elm xərclərinə 5,4 milyard manat, sosial müdafiə və sosial təminata 4,9 milyard manat, səhiyyəyə isə 2,1 milyard manat vəsait nəzərdə tutulub.
Dövlətimizin iqtisadi tərəqqini birbaşa vətəndaşların rifahı ilə əlaqələndirməsi ölkədə həyata keçirilən sosialyönümlü siyasətin dərinliyini və ardıcıllığını nümayiş etdirir. 2027-ci il üçün nəzərdə tutulan rekord maliyyə vəsaiti və növbəti sosial islahat paketi əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, həmçinin insan kapitalının inkişafı istiqamətində atılan strateji addımların mühüm tərkib hissəsidir. Xüsusilə təhsil, səhiyyə və sosial təminat xərclərinin artırılması iqtisadi artımın real nəticələrinin cəmiyyətin hər bir təbəqəsinin rifahında əks olunduğunu təsdiqləyir.
Xatırladaq ki, son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən və illik əlavə maliyyə tutumu 8 milyard manat olan beş böyük sosial islahat zərfi nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, minimum və orta pensiya 2,9 dəfə, sosial müavinət və təqaüd xərcləri 5 dəfə, yaşayış minimumu 73 faiz, ehtiyac meyarının həddi isə 2,3 dəfə artıb. Cari ilin 10 ayında pensiya ödənişləri 10,3 faiz artaraq 6,5 milyard manat, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənişləri isə 7,9 faiz artaraq 2,1 milyard manat təşkil edib. Orta aylıq pensiya 596 manat, yaşa görə orta aylıq pensiya isə 634 manat olmaqla pensiya ödənişlərinin orta aylıq əməkhaqqına nisbəti 51 faiz təşkil edərək Beynəlxalq Əmək Təşkilatının 40 faizlik tövsiyə olunan həddini üstələyib.
Təhlükəsizlik, iqtisadi fəallıq, aqrar inkişaf və proqram əsaslı idarəetmə
İqtisadi tərəqqi və sosial rifahın davamlılığı hər şeydən əvvəl ölkənin müdafiə qabiliyyətinin, sərhədlərinin toxunulmazlığının və iqtisadi fəallığın yüksək səviyyədə təmin olunmasından asılıdır. Büdcədə təhlükəsizlik və iqtisadi inkişaf xərcləri biri digərini tamamlayan strateji istiqamətlərdir. Təsadüfi deyil ki, 2027-ci ilin büdcə zərfində müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat (büdcə xərclərinin 20,8 faizi; 2026-cı illə müqayisədə 99 milyon manat və ya 1,1 faiz çox), iqtisadi fəaliyyətlə bağlı xərclərə isə 1,1 milyard manat və ya 13,4 faiz artımla 8,9 milyard manat vəsait yönəldilməsi nəzərdə tutulub. Hər iki xərc maddəsi büdcə məxaricində təxminən 21 faiz xüsusi çəkiyə malikdir.
Ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatına ayrılan vəsait 12,5 faiz və ya 153 milyon manat artırılaraq təqribən 1 milyard 380 milyon manata çatdırılıb ki, bu da iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempidir. Eyni zamanda yerli istehsalı mövcud olan məhsullar üzrə dövlət satınalmalarının yerli istehsala yönəldilməsi, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya və "yaşıl artım" təşəbbüslərinin dəstəklənməsi iqtisadiyyatın modernləşməsini sürətləndirir.
Dövlət maliyyəsinin idarə edilməsində institusional islahatların mühüm istiqaməti olan xərclərin yenidən prioritetləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə proqram və nəticəəsaslı büdcə mexanizminin əhatə etdiyi sektorların sayı 8-ə çatdırılıb. 2025-ci ildə 6,1 milyard manat olan bu mexanizmin maliyyələşmə həcmi 2027-ci ildə 54 dövlət proqramı üzrə 13,9 milyard manata yüksəldilib. Xüsusilə kənd təsərrüfatına ayrılan vəsaitlərin nəticəəsaslı büdcə prinsipi ilə daha sıx uzlaşdırılması aqrar sahədə məhsuldarlığın və ixracın artımına xidmət edəcək. Həmçinin 2027-ci ildə ölkə daxilində və xaricində beynəlxalq tədbirlərin keçirilməsinə 231 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da Azərbaycanın beynəlxalq nüfuzunun və iqtisadi diplomatiyasının güclənməsinə töhfə verir.
Böyük qayıdış proqramı, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri
Azərbaycanın malik olduğu güclü iqtisadi potensial və müstəqil maliyyə imkanları postmüharibə dövrünün bərpa və yenidənqurma prosesini beynəlxalq yardımlara və ya xarici kreditlərə göz dikmədən, tamamilə öz daxili resursları hesabına həyata keçirməyə imkan verir. İşğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, müasir infrastrukturun - yol-nəqliyyat şəbəkələrinin, enerji xətlərinin, hava limanlarının, su təchizatı sistemlərinin qurulması, "ağıllı" şəhər və kəndlərin salınması, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi hər il olduğu kimi 2027-ci ilin dövlət büdcəsinin də əsas strateji prioritetidir. 2020-2026-cı illərdə işğaldan azad edilmiş torpaqlarımızın bərpası məqsədilə dövlət büdcəsindən ümumilikdə 25 milyard manatdan artıq vəsait sərf olunub. Bu nəhəng sərmayələr sayəsində Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qurulub, şəhərlər, qəsəbələr, kəndlər salınıb.
Növbəti ildə dövlət büdcəsi xərclərinin üçdəbirinin (13,8 milyard manat) əsaslı xərclərə yönəldilməsi, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan 5,3 milyard manatlıq investisiya paketinin tərkibində Böyük qayıdış proqramının icrasına məhz 3,4 milyard manat vəsaitin ayrılması quruculuq miqyasının əzmlə davam etdirildiyini göstərir.
Bütün bu reallıqlar bir daha təsdiq edir ki, 2027-ci ilin dövlət büdcəsi həm makroiqtisadi sabitliyin və fiskal dayanıqlılığın qorunmasına, həm də Azərbaycanın dayanıqlı inkişaf və təhlükəsizlik məqsədlərinin qətiyyətlə reallaşdırılmasına xidmət edəcək.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2026