Mobil versiya
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı - Başsağlığı verdi
Tarix: 19-11-2026 | Saat: 21:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı - Başsağlığı verdi


Azərbaycan Gürcüstana Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı verib.

“aia.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.

“Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, düşüncələrimizin bu faciədən zərər çəkmiş hər kəslə olduğunu vurğulayırıq.

Xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayırıq”, - deyə paylaşımda qeyd edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2026