Havada zəhər yayıldı, yollar BAĞLANDI - Pakistanda nə baş verir...
Tarix: 22-11-2026 | Saat: 19:00
Bölmə:Dünya | çapa göndər

Pakistanın böyüklüyünə görə ikinci şəhəri olan Lahor bazar günü təhlükəli duman səbəbindən dünyanın ən çirkli meqapolisi olub. Görülən tədbirlərə baxmayaraq, hakimiyyət orqanları havanın çirklənməsinin öhdəsindən gələ bilməyib.
aia.az xəbər verir ki, hava keyfiyyətinin monitorinqi üzrə beynəlxalq "IQAir" təşkilatının məlumatına görə, Lahorda çirkləndirici maddələrin konsentrasiyası 289 göstəricisinə çatıb və bu da şəhəri hava çirklənməsi üzrə dünya reytinqində birinci yerə çıxarıb.
Ölkənin şərqində, Hindistanla sərhəddə yerləşən Lahor son bir neçə həftə ərzində çirklənmə səviyyəsinə görə dünyanın ən böyük şəhərləri arasında mütəmadi olaraq birinci yerdə qərarlaşıb.
Bu vəziyyət Pakistanın mərkəzi hissəsindəki Pəncab əyalətinin rayonlarını qatı və təhlükəli dumanın bürüməsindən sonra yaranıb.
Görünüş məsafəsinin pisləşməsi səbəbindən hakimiyyət orqanları böyük şəhərləri birləşdirən magistral yolları bağlayıb. Dumanla mübarizə tədbirləri sırasında çoxlu tüstü buraxan avtomobil sahiblərinin cərimələnməsi də var.
Pakistan hakimiyyəti Lahorda havanın çirklənməsini sənaye tullantıları, kərpic zavodlarının və nəqliyyat vasitələrinin tüstüsü, həmçinin kənd təsərrüfatı qalıqlarının və məişət tullantılarının yandırılması ilə əlaqələndirir.
Pakistan qlobal karbon qazı emissiyalarının 1 faizindən az hissəsini təşkil etsə də, iqlim dəyişikliyinin nəticələrinə qarşı ən həssas on ölkə sırasına daxildir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-11-2026