Mobil versiya
"AŞ siyasi ikiüzlülük və ikili standartlara qərq olub" - Zaxarova
Tarix: 29-03-2024 | Saat: 10:21
Bölmə:Dünya | çapa göndər

"AŞ siyasi ikiüzlülük və ikili standartlara qərq olub" -

""Crocus City Hall"da baş vermiş terror aktına Avropa Şurası (AŞ) rəhbərliyinin reaksiya verməməsi təşkilatın tarixində növbəti biabırçı səhifədir ki, bu da onun hüquqi və ekspert mexanizminin qərəzsizliyini şübhə altına alır.

aia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, təşkilat siyasi ikiüzlülük və ikili standartlara qərq olub, lakin ümidsiz şəkildə özünü “Avropanın vicdanı” adlandırmağa və Avropa qitəsində insan hüquqlarının əsas müdafiəçisi roluna iddialı olmağa çalışır.

Zaxarova qeyd edib ki, Avropa Şurası onun müəlliflərinin və tərəfdarlarının siyasi mədəniyyətinin və analitik təfəkkürünün əsl səviyyəsini açıq şəkildə nümayiş etdirir.

XİN rəsmisi əlavə edib ki, Rusiyanın Avropa Şurasının köməyinə ehtiyacı yoxdur. O xatırladıb ki, Rusiya Federasiyası öz təşəbbüsü ilə iki ildən artıqdır ki, təşkilata üzvlüyünü dayandırıb, bununla əlaqədar Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının beynəlxalq müqavilələrinə xitam verilməsi haqqında qanun imzalayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024