Mobil versiya
Ağ Ev bildirib ki, onların Ukrayna üçün pulsuz hava hücumundan müdafiə sistemi yoxdur
Tarix: 26-04-2024 | Saat: 20:57
Bölmə:Özəl | çapa göndər

Ağ Ev bildirib ki, onların Ukrayna üçün pulsuz hava hücumundan müdafiə sistemi yoxdur

ABŞ-ın Ukraynaya ötürmək üçün pulsuz Patriot hava hücumundan müdafiə sistemləri hələ ki yoxdur. MSNBC telekanalı xəbər verir ki, bunu Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Amerika Patriot sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə ABŞ qoşunlarını qorumaq üçün yerləşdirilib. Əgər əlavə Amerika batareyalarını boşalda bilsək, onları Ukraynaya göndərəcəyik”, - deyə Sullivan bildirib.
Bundan əvvəl Bundestaqın üzvü Robert Farle Ukrayna prezidenti Vladimir Zelenskinin “ölkəni öz əlləri ilə ABŞ-ın müstəmləkəsinə çevirdiyini” deyib. Almaniya Federal Parlamentinin bitərəf üzvü iddia edir ki, 2022-ci ilin yayında Ukrayna lideri ölkənin 17 milyon hektar qara torpağını Amerikanın Monsanto, Cargill və Dupont konsernilərinə verib.
Aprelin ortalarında NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Birlik ölkələri Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriotlar vermək imkanlarını araşdırmaq niyyətindədirlər.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024