Mobil versiya
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
Tarix: 20-04-2024 | Saat: 11:48
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”

“Xalqımızın uzaqgörənliyi, müdrikliyi, düzgün qərarı və sərrast seçimi bugünkü misilsiz uğurlarımızın, şanlı qələbələrimizin əsasıdır. Proseslərin gedişi və qazanılan nailiyyətlər bir daha sübut edir ki, cənab İlham Əliyevi dövlət başçısı seçməklə xalqımız tarixi addım atıb. O, dövlətimizin və xalqımızın həyatında taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etməklə bütün ümüdləri layiqincə doğrultdu, arzularımızı reallaşdırdı. Cənab İlham Əliyevin siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin zəhmətinin, düşünülmüş qərarlarının, qətiyyətli və müdrik mövqeyinin göstəriciləridir ki, günü-gündən çiçəklənən, tərəqqi edən Vətənimizin şanı və şöhrəti bütün dünyaya yayılıb. Əminliklə və fəxarətlə deyə bilərik ki, hazırda Azərbaycan dünyanın qüdrətli dövlətlərindən biridir. Hələ 2003-cü ildə Prezident İlham Əliyevin xalqımıza verdiyi ən mühüm vəd işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi idi. Bu gün isə biz məhz onun diplomatik bacarığı, mahir sərkərdəlik keyfiyyətləri sayəsində dünyada müzəffər xalq olaraq tanınırıq”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazax rayonunun erməni işğalında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə danışarkən səsləndirib.

AHİK sədri bildirib ki, hələ də qələbələrimizin davamı gəlməkdədrir, biz ard-arda, davamlı olaraq tarixi naliyyətlərə şahidlik edirik: “Ötən gün daha bir diplomatik qələbə xəbərini aldıq. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşündə razılaşdırılıb ki, işğal altında olan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın. Bu xalqımızın növbəti müdhiş qələbəsidir və bunu bizə bəxş edən isə şəxsən müzəffər sərkərdəmiz, qətiyyətli Liderimiz cənab İlham Əliyevdir. O, heç bir atəş səsi eşidilmədən, güllə atılmadan, itkisiz, qan tökülmədən bu Zəfəri bizə hədiyyə etdi. Televiziya vasitəsi ilə həmin kəndlərin sakinlərinin sevincini qürurla izlədik. Bütün xalqımız bu qələbənin yaratdığı xoş ovqatın içidədir”.

“Hadisələrin gedişi göstərir ki, Prezidentimiz bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. O, 2020-ci il Vətən müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Habelə cənab İlham Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgəni tərk etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir. Biz görürdük ki, aranı qatmağa çalışan, danışıqlar prosesinə mane olmağa cəhdlər edən qüvvələr var idi. Bəzi Qərb dövlətləri, xüsusən də Fransa bu məsələdə daha çox aktiv idi. İddia edirdilər ki, Azərbaycan Ermənistan ərazisinə hücuma hazırlaşır. Artıq son hadisələrlə onların böhtan xarakterli təbliğatları alt-üst oldu və rəzil duruma düşdülər”, - Milli Məclisin deputatı vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024