Mobil versiya
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
Tarix: 26-04-2024 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görünür. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmlənir. Son vaxtlar bir sıra türk dövlət başçıları ölkəmizə səfər edib ki, bu da ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndiyini göstərir. 
Son bir neçə ildə Azərbaycanın həm Mərkəzi Asiyada, həm türk dünyasının digər ölkələri ilə əlaqələri sürətlə inkişaf etməkdədir. Xüsusilə də Mərkəzi Asiya ilə son illər ticarət əlaqələrimizdə dəfələrlə artım müşahidə olunur. Bu, ciddi bir amildir. Həm Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinə, eyni zamanda həmin ölkələrin prezidentlərinin Azərbaycana çoxsaylı səfərlərini nəzərə alsaq, bu, o deməkdir ki, tərəflər bu istiqamətdə ciddi əməkdaşlığın tərəfindədirlər. Təsadüfi deyil ki, məhz bu əməkdaşlığın inkişafının əsas göstəricilərindən biri də Türk Dövlətləri Təşkilatının yaranması oldu. Artıq bu təşkilat qlobal səviyyədə getdikcə daha çox önəmli yer tutur.
Gələcək dünya düzənində Türk Dövlətləri Təşkilatı önəmli, qlobal aktorlardan biri olacaq. Heç də təsadüfi deyil ki, məhz işğaldan azad edilmiş ərazilərə səfər edən dövlət başçıları da məhz türk dövlətlərinin rəhbərləridir. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentləri işğaldan azad edilmiş ərazilərə səfər etdilər və bu ərazilərdə öz töhfələrini verməkdədirlər. Bu ərazilərdə məktəb, yaradıcılıq mərkəzləri tikərək Azərbaycan vətəndaşlarına hədiyyə edirlər. Təbii ki, proses geridönməz xarakter alıb və türk dünyasını təmsil edən dövlətlər bu inteqrasiyada maraqlıdırlar. Burada həm dövlətlərin özlərinin maraqları, həm də geopolitik maraqlar əsas təşkil edir.
Nəzərə alaq ki, həm Mərkəzi Asiya, həm də Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz dünyanın əsas kommunikasiya xətlərinin üzərində yerləşir və  Orta Dəhliz məhz bu ərazilərdən keçir. Azərbaycan artıq qardaş Mərkəzi Asiya dövlətləri ilə ortaq kommunikasiya dəhlizləri layihələrini icra etməkdədir. Bunun bir nümunəsinin də Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı şahidi olduq. Bu baxımdan,  təbii ki, atılan addımlar və həyata keçirlən siyasət türk dünyasının inteqrasiyasının güclənməsinə yönəlib.
Türk Dövlətləri Təşkilatı gələcək dünya düzənində qlobal aktorlardan biri olaraq rol almaq niyyətindıdir və bu, çox realdır. Həm əhalinin sayı, həm yerləşdiyi coğrafi mövqeyi, ərazinin böyüklüyü, yeraltı və yerüstü zənginliklərinə və potensialına görə bu, tamamilə potensial  məsələdir. 

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024