Mobil versiya
Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı
Tarix: 09-05-2025 | Saat: 08:34
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.

aia.az Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.

"Hər birində 25 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025