Atamın atasının atası...- Fuad Biləsuvarlı yazır
Tarix: 09-05-2025 | Saat: 09:46
Bölmə:Özəl | çapa göndər

Bu yazımı İkinci Dünya Müharibəsində iştirak etmiş böyük babam Əzim Məmmədağa oğlu Cəfərovun unudulmaz, işıqlı xatirəsinə ithaf edirəm.
Deyirlər, hər bir insan özünün yeddi arxa dönəmini tanımalıdır. Bilmirəm, bu fikir nə dərəcədə doğrudur?! Amma kim fikirləşibsə, yaxşı fikirləşib. İnsan öz soy-kökünə yaxşı bələd olmalıdır.
Demirik biz Koroğlular, Nigarlar, Nəbilər, Həcərlər nəsliyik?! Onları tanımasaydıq, özümüzü belə adlandıra bilərdikmi?!
Mən də soy-kökümüzdə adı həmişə ehtiramla xatırlanan babam --- atamın atasının atası haqqında bildiklərimi qələmə almaq istədim.
Əzim Məmmədağa oğlu Cəfərov. Babam bu adla, bu soyadla çağrılırdı. Yaşadığı 60 illik ömür payında onu tanıyan insanların ürəyində xeyirxahlığı, qayğıkeşliyi, səmimiyyəti ilə dərin iz qoyub getmişdi.
Beş oğul, bir qız böyütmüşdü. Ev-eşik sahibi etmişdi. Tək öz övladlarına yox, neçə-neçə qohum-tanışa da köməkliyini əsirgəməmişdi.
Ata-anasını itirmiş bir qıza himayədarlıq edərək öz övladları ilə birgə böyütdü, onu gəlin köçürüb ev-eşik sahibi etdi. Sonradan isə o qız ailəmizin ən sevimli adamlarından birinə çevrildi.

Babamın təvəllüdü ötən əsrin birinci onilliyinə təsadüf edirdi. Məşhur Lenin inqilabından əvvələ. Onda lazımı təhsil ala bilməmişdi, adi işlərdə çalışaraq ata-anasına, üç bacısına dayaq olmuşdu.
Kimsə onun müəyyən bacarığı olduğunu görüb ona hesabdarlığı öyrətmişdi. Və babam bu işi elə mənimsəmişdi ki, ta ömrünün sonuna kimi bu sənətdən ayrıla bilməmişdi.
Uzun illər müxtəlif təşkilat və kolxoz təsərüfatlarında mühasib kimi fəaliyyət göstərmişdi. Neçə - neçə ali təhsilli və mühasib iqtisadçıları onunla birgə işləməklə mühasibatlığın incəliklərini öyrənmişdilər.
Çox- çox sonralar babam öz sənəti üzrə təhsil də almışdı. Əvvəlcə maliyyə ixtisası üzrə texnikumu, sonra isə mühasib ixtisası üzrə ali məktəbi bitirmişdi.
Nə az - nə çox ömrünün son 20 ilə yaxın müddətini zəhməti ilə respublikamızda ad-san qazanmış, məşhur pambıq ustası, gözəl təsərrüfatçı, Əmək qəhrəmanı Qızqayıt Salman qızı Həsənova ilə birgə çalışmışdı. Qızqayıt xanımın rəhbərlik etdiyi qabaqcıl təsərrüfatda mühasibatlıq işinə rəhbərlik etmişdi.
Babam Böyük Vətən Müharibəsinin ağrı-acılarını yaşayanlardan biri olmuşdu.
Müharibə başlananda babam təzə ailə həyatı qurubmuş. İlk övladlarını gözləyirlərmiş. Babam müharibəyə səfərbər olunur. Uzun bir döyüş yolu keçir.
İki dəfə yaralanır, amma yenə də silahı yerə qoymur. Ta qələbə sevincini yaşayana qədər. Babam müharibədən sinəsi orden və medallarla qayıtmışdı. Hörmətli Mirzə əmim danışırdı ki, bu orden və medallarla biz necə fəxr edirdik.
Babam müharibədən qayıdanda evdə nənəm onu 5 yaşlı oğlu ilə qarşılayır.
Müharibəyə yollananda boylu qoyub getdiyi ömür-gün yoldaşı ona bir oğul bəxş etmişdi.
Bəli, babam dünyaya gəlmiş ilk övladını düz 5 ilə yaxın bir müddətdən sonra görmüşdü.
Babam müharibədən, keçdiyi ağır döyüş yollarından danışmağı sevməzmiş.
Bu barədə Mirzə və Malik əmilərimdən dəfələrlə eşitmişəm.
Amma bir dəfə deyəsən iştirakçısı olduğu əhvalatı danışmalı olub. Bu söhbəti isə müharibədən xeyli keçəndən, gözlənilmədən gələn məktubdan sonra danışmışdı. Məktub Bakı şəhərindən Qulamhüseyn Əliyev adlı şəxsdən gəlmişdi.
Həmin adam Əzim babama məktub yazırmış ki, sən məni müharibədə ölümdən xilas etmisən. Sənə çox borcluyam. Hazırda Bakı şəhərində yaşayıram. Sənin ünvanı isə çox çətinliklə əldə etmişəm. Bakıya yolun düşəndə məni tap. Uzun ayrılıqdan sonra görüşmək necə xoş olardı.
Babam bu görüşə çox böyük həvəslə yollanmışdı. Həmin görüşün iştirakçısı olan oğlu ‐- mənim babam Asif Cəfərov danışırdı ki, bu adi görüş deyildi. Heç birimiz göz yaşlarımızı saxlaya bilmirdik.
Görüş zamanı Qulamhüseyn kişi müharibədən bir epizod danışmışdı. Əhvalat belədir. Müharibənin qızğın dövründə vəziyyət elə gətirdi ki, geri çəkilməli olduq. Qüvvələr qeyri-bərabər, düşmən güclü idi. Sürünə-sürünə geri çəkilirdik. Hava soyuq, yer nəm. Elə bu vaxt yaralandım. Sürünməyə belə taqətim qalmamışdı. Fikirləşdim ki, bu da son.
Ancaq döyüş yoldaşım, həmyerlim Əzim yanımda idi. Sən mənə baxma, get desəm də, razılaşmadı. Səni belə qoyub gedə bilmərəm.
Sürünə-sürünə kimisə aparmaq isə çox çətin idi. Onda cəbhə dostum belindəki əsgər toqqasını açıb bir ayağına bağladı, digər ucunu isə mənə verdi.
Mən necə olur- olsun sürünəcəm.
Çalış toqqanı əldən buraxma. Bəlkə xilas olduq.
Beləcə eloğlum məni neçə kilometr sürünə-sürünə döyüş meydanından çıxara bildi...
Babamla cəhbə dostunun evimizdə birgə şəkili də vardı. Biz oğul- uşağı, nəvələr həmin şəkilə maraqla baxardıq.

P.S. Deyirlər, yaxşı kişilər yaxşı atları minib getdilər. İndi, bəlkə də, ömrün bu dolaylarında sözü bütöv, hərəkətləri ağayana, çətinlikləri olan insanlara ürəkdən əl uzadan yaxşı kişilərin sayı azalıb. Amma yenə də belələri var. Dünya necə deyərlər, xali deyil. Yaxşı, xeyirxah insanlar həmişə olub, bu gün də var, sabah da olacaq. Onlar həmişə dərin ehtiramla xatırlanacaqlar. Atamın atasının atası - mənim əziz Əzim babam kimi.
Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-05-2025
08-05-2025
22:48 Fico Moskvaya gəldi