Azərbaycançılıq məfkurəsinin memarı ulu öndər Heydər Əliyev
Tarix: 09-05-2025 | Saat: 10:27
Bölmə:Özəl | çapa göndər

Bu il Azərbaycanın müasir tarixində əvəzsiz rolu olan Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. 10 may 1923-cü ildə Naxçıvanda dünyaya gələn Heydər Əliyev, ömrünü xalqına, dövlətinə və Azərbaycançılıq ideyasına həsr etmiş nadir şəxsiyyətlərdən biridir.
Ulu öndərin siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. O, SSRİ dönəmində Azərbaycan SSR-nin rəhbəri olaraq milli maraqları qorumaqla yanaşı, ölkənin iqtisadi, mədəni və sosial inkişafında mühüm addımlar atdı. Belə ki, 1993-cü ildə Axərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər, ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edərək sabitlik və inkişaf dövrünün əsasını qoydu.
Ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmləndi, neft strategiyası həyata keçirildi və ölkənin beynəlxalq nüfuzu artdı. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri kimi layihələr, məhz onun liderliyi ilə gerçəkləşdi. Bundan əlavə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması, təhsilin inkişafı ulu öndər Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur.
Ümummilli lider Heydər Əliyevin ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan 44 günlük Vətən müharibəsindəki tarixi Qələbə, məhz ulu öndərin təməllərini qoyduğu güclü dövlət siyasətinin bəhrəsidir.
Ulu öndər Heydər Əliyevin 102 illiyi münasibətilə ölkə boyunca silsilə tədbirlər keçirilir, onun zəngin irsi bir daha təbliğ olunur. Hər bir azərbaycanlının qəlbində yaşayan bu böyük şəxsiyyət, gələcək nəsillər üçün örnək olaraq qalacaq.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyən ulu öndər Heydər Əliyev, Azərbaycan xalqının qəlbində əbədiyaşar lider olaraq yaşayır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-05-2025
08-05-2025
22:48 Fico Moskvaya gəldi