Vətəndaş rifahı istiqamətində növbəti mühüm addım Prezidentin sosial sahəyə qayğısıdır - DEPUTAT
Tarix: 12-05-2025 | Saat: 11:47
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Sosial xidmət haqqında” Qanuna mühüm dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər dövlətimizin başçısının sosial sahəyə davamlı və ardıcıl diqqətinin, xüsusilə də həssas əhali qruplarına göstərilən qayğının daha da gücləndirilməsinin bariz nümunəsidir.
Qəbul edilən dəyişikliklər çətin həyat şəraitində olan vətəndaşlara göstərilən sosial xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, həmin xidmətlərin daha geniş əhali təbəqəsinə çatdırılmasını təmin edəcək. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin nəticəsidir.
Yeni dəyişikliklər sayəsində artıq müraciətlərin baxılması, qiymətləndirilməsi və qərarların qəbul edilməsi prosesi daha da konkretləşdirilir, xidmətlərin şəffaf və səmərəli təşkili təmin olunur. Eyni zamanda, qanunda aparılan korrektə nəticəsində əvvəlki hüquqi məhdudiyyətlər aradan qaldırılaraq vətəndaşların evdə (səyyar) sosial xidmətlərə çıxışı daha da asanlaşdırılır.
Qanuna əsasən, çətin həyat şəraitində yaşayan şəxslər və ailələr yarımstasionar (günərzi) sosial xidmətlərdən də geniş şəkildə faydalana biləcəklər. Bu isə o deməkdir ki, sosial qayğıya ehtiyacı olan heç bir vətəndaş diqqətdən kənarda qalmayacaq.
Bundan əlavə, dövlət büdcəsinin vəsaiti hesabına göstəriləcək ödənişsiz sosial xidmətlərin sayının artırılması da xüsusilə əhəmiyyətlidir. Prezidentin bu addımı aztəminatlı və həssas əhali qruplarının rifahının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl siyasətin davamıdır.
Qeyd edilməlidir ki, qanuna əlavə edilən “sosial-mədəni xidmət” anlayışı sayəsində çətin həyat şəraitində olan müxtəlif yaş və sosial qrupların asudə vaxtlarının daha səmərəli təşkili və mədəni inkişafı da təmin olunacaq. Bu isə dövlətin yalnız maddi deyil, mənəvi və sosial rifaha da böyük önəm verdiyini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kimi islahatlar ölkəmizdə sosial dövlət konsepsiyasının daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasət vətəndaşın rifahını hər zaman mərkəzdə saxlayan, sosial ədaləti əsas tutan möhkəm bir strateji xəttin nəticəsidir.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2025