Mobil versiya
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Putinə müraciət edib
Tarix: 12-05-2025 | Saat: 16:46
Bölmə:Özəl | çapa göndər

Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Putinə müraciət edib
Fransanın xarici işlər naziri Jan-Noel Barrot Rusiya prezidenti Vladimir Putini mayın 15-də İstanbulda Vladimir Zelenski ilə görüşməyə çağırıb.Bu barədə “Le Figaro” qəzeti yazır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynaya mayın 15-dən İstanbulda ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif etmişdi. Buna cavab olaraq Vladimir Zelenski əvvəlcə bildirdi ki, bu, yalnız Moskvanın 30 günlük atəşkəslə razılaşdığı təqdirdə mümkün olacaq.
Lakin ABŞ prezidenti Donald Tramp Ukraynaya danışıqlar təklifini “dərhal qəbul etməyi” tövsiyə etdikdən sonra Zelenski “şəxsən” İstanbula gələcəyini bildirib.
Fransanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Paris atəşkəsə nail olmağı zəruri hesab edir və “bu həftəsonu Kiyevdə 30 günlük qeyd-şərtsiz atəşkəsə yekdil çağırışla güc və Avropa birliyinin nümayişinin şahidi olduq”.

"Ukrayna prezidenti Vladimir Zelenski fürsətdən istifadə edərək şəxsən İstanbula getməyi təklif etdi. Biz Vladimir Putini razılaşmağa çağırırıq", - Jan-Noel Barrot deyib.
O, həmçinin atəşkəs olmadan “ədalətli və davamlı sülh üçün danışıqların olmayacağını” “açıq-aşkar” adlandırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-05-2025