Amerikanın Dövlət Universitetinin tələbələri Qəzzalılara dəstək olaraq aclıq aksiyasına başlayıblar
Tarix: 12-05-2025 | Saat: 17:21
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın Yale və Kaliforniya Dövlət Universitetinin tələbələri İsrailin soyqırımı səbəbilə aclıqdan əziyyət çəkən Qəzza xalqı ilə həmrəylik məqsədilə aclıq aksiyası keçiriblər. ABŞ yerli mətbuatında çıxan xəbərlərə görə, Kaliforniya Dövlət Universitetinin 25 tələbəsi aclıq aksiyasına başlayıb. Tələbələr universitet rəhbərliyindən İsrailin soyqırımını dəstəkləyən şirkətlərlə əlaqələrinin kəsilməsini və universitet şəhərciyində ifadə azadlığının qorunmasını tələb ediblər.
Eynilə, Yale Universitetində Fələstin tərəfdarı olan altı tələbə Kaliforniya Dövlət Universitetinin tələbələri ilə həmrəy olaraq aclıq aksiyasına başlayıb.
Tələbələr İsrailin martın 2-dən Qəzza zolağına humanitar yardımın girişini dayandırma qərarına reaksiya verib və Qəzzada aclıqdan ölənlərlə həmrəy olduqlarını vurğulayıblar.
Universitet tələblərini yerinə yetirənə qədər aclıq aksiyasına davam etməyi hədəfləyən tələbələr bu müddət ərzində ancaq su istehlak edəcəklərini bildiriblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-05-2025