Azərbaycan vətəndaşları Özbəkistana şəxsiyyət vəsiqəsi ilə gedə bilər
Tarix: 21-05-2025 | Saat: 10:36
Bölmə:Siyasət | çapa göndər

Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır.
aia.az xəbər verir ki, bu, ölkə Prezidenti Şavkat Mirziyoyevin "2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında" fərmanında öz əksini tapıb.
Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib.
Özbəkistan Xarici İşlər Nazirliyinə (XİN) ölkənin regionlarına turist axınını artırmaq üçün üç ay ərzində bu üç ölkənin müvafiq qurumları ilə danışıqlara başlamaq və nəticələrə əsasən öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-05-2025