Mobil versiya
"Hər bir müəllim özü psixoloq olmalıdır" - Spiker
Tarix: 23-05-2025 | Saat: 11:52
Bölmə:Manşet / Parlament | çapa göndər

"Hər bir müəllim özü psixoloq olmalıdır" -

"Məktəblərdə psixologiya fənninin dərinləşməsinə ehtiyac var. Əsl psixologiyasına sahib olanlar buna cəlb edilməlidir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elnarə Akimova deyib.

O qeyd edib ki, kimya, texnologiya, biologiya, fizika müəllimləri psixologiya fənnini tədris etməli deyillər:

"Aydın məsələdir ki, bu heç bir nəticə verməyəcək. Məktəblərdə mütaliəsiz nəsil yetişir. Bu, böyük problemə çevrilməkdədir".

Spiker Sahibə Qafarova deputatına çıxışına cavab olaraq bildirib: "Düz deyirsiz, psixoloqlar lazımdır. Eyni zamanda hər bir müəllim özü psixoloq olmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025