Mobil versiya
İstanbulda narkotiklərlə mübarizə: 30 şübhəli həbs edilib
Tarix: 23-05-2025 | Saat: 20:45
Bölmə:Özəl | çapa göndər

İstanbulda narkotiklərlə mübarizə: 30 şübhəli həbs edilib

İstanbulda eyni vaxtda narkotik əməliyyatı keçirilib. Saxlanılan 31 şübhəlidən 30-u həbs edilib.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində İstanbul Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinə bağlı qruplar əməliyyat keçirib. İstanbulda eyni vaxtda keçirilən narkotik əməliyyatında 31 şübhəli yaxalanıb. Şübhəlilər polis bölməsindəki əməliyyatları tamamlandıqdan sonra ədliyyəyə göndərilib.

Prokurorluqda dindirilmə prosedurları tamamlanan 31 şübhəlidən 30-u Sülh Cinayət Məhkəməsinin Növbətçi Hakimi tərəfindən tutularaq həbsxanaya göndərilib. Şübhəlilərdən biri “ev dustaqlığı” şəklində məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025