Mobil versiya
Vens: ABŞ digər ölkələrin işlərinə qarışmaq kursundan əl çəkir
Tarix: 23-05-2025 | Saat: 19:14
Bölmə:Özəl | çapa göndər

Vens: ABŞ digər ölkələrin işlərinə qarışmaq kursundan əl çəkir
ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, Birləşmiş Ştatlar başqa ölkələrin işlərinə qarışmaq siyasətindən əl çəkir.
O, bunu Merilend ştatının Annapolis şəhərində ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısında deyib.


Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq turnesinin ən mühüm elementi “xarici siyasətə onilliklər boyu davam edən yanaşmadan uzaqlaşmaqdır”.“Biz uzunmüddətli xarici siyasət eksperimenti keçirdik, bu eksperimentdə müttəfiqlərimizin müdafiəsi və dövlət quruculuğu və digər ölkələrin işlərinə qarışması üçün təminat mübadiləsi apardıq”, - TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor demişdi ki, Ukraynaya yardımın dayandırılması Rusiya ilə ABŞ arasında münasibətləri bərpa edəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025