Mobil versiya
Lənkəranda avtomobil 8 yaşlı uşağı vurub - YENİLƏNİB
Tarix: 11-06-2025 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

Lənkəranda avtomobil 8 yaşlı uşağı vurub -

Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində bir azyaşlı qız bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

aia.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

***

15:51

Lənkəranda avtomobil azyaşlı qızı vurub.

aia.az xəbər veir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, avtomobil 2017-ci il təvəllüdlü 8 yaşlı Rüqəyya Ramal qızı Şərifovanı vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025