Mobil versiya
Tramp: Mən yalnız bir şey istəyirəm — İranın nüvə silahı ola bilməz
Tarix: 19-06-2025 | Saat: 09:23
Bölmə:Gündəm / Dünya | çapa göndər

Tramp:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Yaxın Şərqdə yeni uzunmüddətli və qısamüddətli silahlı münaqişəyə cəlb olunmasını istəmir.

aia.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə İsrailin İrana qarşı hərbi əməliyyatını şərh edərkən jurnalistlərə deyib.

"Mən yalnız bir şey istəyirəm: İranın nüvə silahı ola bilməz. 20 ildir bunu deyirəm. Bu qədər", - Tramp Vaşinqtonun Yaxın Şərqdə yeni uzunmüddətli münaqişəyə cəlb olunması perspektivlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, İran nüvə silahı yaratsaydı, ondan amerikalılara və digər insanlara qarşı istifadə edərdi və bütün dünya dəhşət içində olardı.

Tramp, eyni zamanda etiraf edib ki, bəzi insanlar ABŞ-nin İrana qarşı əməliyyatın keçirilməsində İsrailə göstərdiyi yardımdan narazıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025